O, “Şahdağ” Turizm Mərkəzinin Beynəlxalq Xizək Federasiyası tərəfindən beynəlxalq yarışların keçirilməsi üçün 3 sertifikat aldığını bildirib:
"Bu sertifikat gələcəkdə Şahdağ Turizm Mərkəzində beynəlxalq tipli yarışların və dünya çümpionatlarının keçirilməsinə şərait yaradacaq. Həmçinin bunlar Azərbaycanda qış idman mədəniyyətinin yaranmasında kömək edəcək. Ötən il də fiqurlu konkisürmənin inkişafına başlamışıq. Artıq Bakıda "Buz Arenası” da fəaliyyətə başlayıb".
Baş katib yerli idmançılardan Səbinə Əliyevanın Türkiyədə keçirilən yarışda ikinci yerə layiq görüldüyünü diqqətə çatdırıb:
“İdmançımız bu nəticə ilə dünya çempionatına vəsiqə qazanıb. Viladimir Litvintsev martın sonunda Kanadada keçiriləcək dünya çempionatında ölkəmizi təmsil edəcək. Artıq Xizək Alpinizmi üzrə yerli idmançılardan ibarət komanda formalaşdırmışıq. Yığma Türkiyənin Rizə şəhərində keçiriləcək turnirdə iştirak edəcək. Eləcə də yeniyetmə idmançılar Almaniyada təşkil olunacaq Dünya Kubokunda da qüvvəsini sınayacaq”.
KAMAL SƏFƏR






