Günel Bədəlova Avropa Xizək Alpinizmi Konsulluğunun prezidenti seçilib

9.03.2023 12:06 456
İdman
Azərbaycan Qış İdmanı Növləri Federasiyasının baş katibi Günel Bədəlova Avropa Xizək Alpinizmi Konsulluğunun prezidenti seçilib.

"Football-plus.az" xəbər verir ki, seçki Beynəlxalq Xizək Alpinizmi Federasiyasının Avropa Xizək Alpinizmi Konsulluğunun Baş Assambleyasında olub.

Onlayn formatda təşkil edilən toplantı zamanı səsvermənin nəticələrinə əsasən, Günel Bədəlova növbəti 4 il müddətinə Beynəlxalq Xizək Alpinizmi Federasiyasının Avropa Xizək Alpinizmi Konsulluğunun prezidenti vəzifəsini yerinə yetirəcək.

Günel Bədəlova Avropa Xizək Alpinizmi Konsulluğunun prezidenti seçilib