İsveçrə şirkəti AFFA-nın departamentinin fəaliyyətinə qiymət verdi - FOTO

9.02.2024 17:20 168
Ölkə futbolu
İsveçrənin SGS şirkəti 2023-cü ildə AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin fəaliyyəti ilə bağlı apardığı yoxlamanın nəticələrini açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, şirkət tərəfindən AFFA-ya ünvanlanmış məktubda qeyd olunub ki, Klubların Lisenziyalaşdırılması Departamentinin fəaliyyəti UEFA-nın Klubların Lisenziyalaşdırma üzrə keyfiyyət standartlarına uyğundur.

Bundan əlavə, Klubların Lisenziyalaşdırılması Departamenti 2024/2025 Lisenziyalaşdırma mövsümü çərçivəsində Azərbaycan klublarının UEFA yarışlarında iştirakı ilə bağlı lisenziyalaşdırma prosesini həyata keçirmək hüququna malikdir.

Qeyd edək ki, SGS şirkəti müvafiq yoxlamaları UEFA-nın sifarişi əsasında həyata keçirir.

İsveçrə şirkəti AFFA-nın departamentinin fəaliyyətinə qiymət verdi