AFFA-nın inzibati binasında Misli premyer-liqası, 1-ci və 2-ci liqada çıxış edən klubların nümayəndələri üçün 2024/25 lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib.
“Football-plus.az” xəbər verir ki, toplantıda iştirak edən milli assosiasiyanın baş katibi Sərxan Hacıyev lisenziyalaşdırma prosesinin vacibliyini vurğulayıb.
İclasda həmçinin UEFA-nın Klubların Lisenziyalaşdırılması Şöbəsinin rəhbəri Ales Zavrl çıxış edərək, iştirakçılara qitə futbol qurumunun Klubların Lisenziyalaşdırılması və monitorinq prosesi, Azərbaycan klublarının maliyyə və digər göstəricilərinin müqayisəli təhlilini və UEFA-nın Qadınlar arasında Çempionlar Liqasında çıxış etmək üçün lisenziyalaşdırma tələbləri barədə ətraflı məlumat verib.