“Hamı bilir ki, “Qalatasaray”la “Qarabağ” arasındakı münasibətlər...”

5.02.2024 00:04 506
Ölkə futbolu / Manşet
Dünənki “Səbail” - “Qarabağ” oyununu izləyənlər arasında “Qalatasaray”ın idman direkoru Cenk Ərgün də olub.

Türkiyəli futbol funksionerinin ölkəmizə Ağdam klubunun futbolçuları Toral Bayramovla Elvin Cəfərquliyevə baxmaq üçün gəldiyi ilə bağlı xəbərlər yayılıb.

Cenk Ərgünün “Səbail”lə oyununuzu izləyənlər arasında olacağını əvvəlcədən bilirdizmi? Doğurdanmı Toralla Elvini izləməyə gəlmişdi? Bu suallarla “Qarabağ”ın mətbuat katibi Anar Hacıya müraciət edik. Onun “Football-plus.az”a dedikləri:

“Hamı bilir ki, “Qalatasaray”la “Qarabağ” arasındakı münasibətlər çox yaxşıdı, uzun müddətdi belədi. Cenk Ərgünün Bakıya ailəvi səfəri var idi, gəlib oyunu da izlədi. Toralla Elvinə baxmağa görə gəlmək məsələsi yox idi”.


ƏSƏD SEYİDOV