FİFA Bakıya əcaib reqlament göndərdi: Azərbaycan Tanzaniya ilə oynamayacaq!

4.02.2024 16:50 839
Yığma / Manşet
FİFA-nın Bakıda milli komandalar arasında beynəlxalq turnir təşkil edəcəyini xəbər vermişdik.

“Football-plus.az” turnirin formatı ilə bağlı bilgi əldə edib. Belə ki, martın 4-cü həftəsində Azərbaycan, Bolqarıstan, Monqolustan və Tanzaniya yığmalarını iştirakı ilə keçiriləcək turnir də olimpiya, nə də İsveçrə sistemi ilə olacaq. İştirakçıların heç də hamısı bir-biri ilə oynayamayacaq. Bizə çatan bilgiyə görə, oyunlar Bakı Olimpiya Stadionunda keçiriləcək. İnformasiyanı dəqiqləşdirmək üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədli ilə əlaqə saxladıq:

“Əvvəl biz də bunu turnir kimi bilirdik. Amma belə deyilmiş. Bu, yalnız yoldaşlıq oyunlarını əvəz etmək üçün FİFA-nın irəli sürdüyü layihədi. Azərbaycan, Monqolustan, Bolqarıstan Tanzaniyanın seçilməsinə gəlincə, bu komandalar FİFA reytinqində bir-birinə yaxındı. Azərbaycan birinci Bolqarıstanla, sonra Monqolustanla oynayacaq, Tanzaniya ilə oyun olmayacaq. Yəni udan udanla, uduzan uduzanla oynamayacaq. Bunlar, sadəcə, iki yoldaşlıq oyunudu. Martın 22-si və 25-də keçiriləcək. BOS variantina gəlincə, hələ dəqiq deyil. Çünki martın 22-də U-21 millimizin İngiltərə ilə oyunu var. Doğrudu, həmin oyunun Suraxanıda - “Qarabağ”ın stadionunda keçiriləcəyi dəqiqdi. Sadəcə, millinin oyunlarıyla bağlı bir-iki məsələ qalıb ki, yerin dəqiqləşməsi də bura daxildi. Sonda medal və ya kubok verilməsi nəzərdə tutulmayıb. AFFA-nın planı belə idi ki, martda Bolqarıstanla səfərdə yoldaşlıq oyunu keçirək. Sonra FİFA ortaya belə ideya qody. Məqsədləri də odu ki, müxtəlif qitələrdən olan yığma komandalar bir-biriylə oynasınlar”.


KAMAL SƏFƏR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul