“Araz-Naxçıvan” – “Sumqayıt” oyununda isə laysman Zeynal Zeynalov özfəaliyyətlə məşğul idi. 2-ci hissədən etibarən onun bir qayda olaraq, yan xətdən daha çox meydanın daxilində hərəkət etməsi maraq doğurdu. Bu məsələyə münasibətini öyrənmək üçün Zeynal bəylə danışdıq:
“Fikir versəz, orda mənim üçün ayrılan hərəkət zolağının süni qazon olduğunu görəcəksiz. Mənim də ayağımda futbolçulardakı kimi buts olur. Süni ot üzərində hərəkət etmək isə sürüşkənliyə səbəb olur. Ona görə də sürüşməməkdən ötrü təbii ot üzərində hərəkət etməliydim, bu üzdən tez-tez meydana daxil olurdum”.
KAMAL SƏFƏR



