Portuqaliya millisinin üzvü Bruno Fernandeş təqdirə layiq hərəkət edib.
27 yaşlı yarımmüdafiəçi valideynlərini itirmiş azyaşlını sevindirib.
"Mançester Yunayted"in üzvü DÇ-2022-nin pley-offunda baş tutan Portuqaliya - Türkiyə oyunundan (3:1) sonra futbolkasını Enrike Keyruşa hədiyyə edib.
Matç ərəfəsində ölkəsinin "Sanjuanense" klubunun da fanatı olan uşağın bu görüşü canlı izləyəcəyini öyrənən Fernandeş onunla görüşmək istəyən azarkeşə verdiyi sözü tutub.
Bruno Fernandeşdən möhtəşəm hərəkət
Dünya futbolu

