Xüsusən də İnqilab Məmmədovun “Qəbələ”nin qapısına penalti təyin edərək Oçiqavanı qırmızı vərəqə ilə cəzalandırması komandanın oyunçuları ilə yanaşı, baş məşqçi Elmar Baxşıyevin də kəskin etirazına tuş gəlmişdi. Aqressivliyin üst səviyyədə olduğu matçda qonaqların kapitanı Urfan Abbasovun baş hakimə etirazı diqqətimizi daha çox çəkdi. O, İnqilab Məmmədova butslarını göstərərək “bax, bax, buna bax” dedi. Urfanın burda nə demək istədiyini öyrənmək üçün onunla əlaqə saxladıq:
“Mənə qarşı qayda pozuntusu olduğu üçün hakimə butslarımı göstərdim ki, cərimə zərbəsi versin”.
KAMAL SƏFƏR



