"Tovuzdan sonra da “Zirə” – “Sabah” matçını izləmək üçün Zirəyə getmişdik"

2.02.2024 13:50 232
Premyer-liqa
AFFA-nın baş katibi Sərxan Hacıyevin “Turan Tovuz” – “Səbail” matçını izləmək üçün Tovuza yollanması turun əlamətdar hadisələrindən biri idi. Bu addım futbol ictimaiyyətində maraq doğurdu.

Görəsən, baş katibin məhz bu oyunu seçməsinin əsas səbəb nədi? Yoxsa Ayxan Abbasovun “Kəpəz”lə oyundan sonra hakim idarəçiliyndən kəskin narazılıq etməsi buna əsas verdi? Bu suallara cavab tapmaq üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədli ilə əlaqə saxladıq:

“Xeyr, Sərxan müəllimin Tovuz səfəri sadaladıqlarınızla bağlı deyil. O, çempionat oyunlarını müntəzəm izləyir. Bu mövsüm bundan öncə bir dəfə də Tovuzda olmuşdu. Demək olar ki, hər turda ən azı bir qarşılaşmanı izləyir. Elə Tovuzdan sonra da “Zirə” – “Sabah” matçını izləmək üçün Zirəyə getmişdik. Yəni bunun üçün xüsusi meyarlar yoxdu”.


KAMAL SƏFƏR