• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Miodraq Bojoviçin sıçrayışı və ...Rəşad Sadıqovun qiyamı

Premyer-liqa / Manşet

31-01-2024, 00:0

Hər dəfə ölkə çempionatında mübarizənin indi yalnız 2-ci yer uğrunda – həm də amansız şəkildə! – getdiyini xatırlatmağa dəyməz.

Necə deyərlər, kor-kor, gör-gör, azca aşağı boylansaz, turnir cədvəlindəki durumu görəcəksiz. Ona görə də “kim “Qarabağ”a “əlcək atacaq” sualını bir kənara buraxıb, konkret 20-ci turla bağlı ən önəmli məqamları gözdən keçirməliyik.

Qış fasiləsinə 3-cü pillədə yollanan “Neftçi” indi artıq 2-ci yerdədi və istəsək də, istəməsək də, bu tərəqqi məhz Miodraq Bojoviçin adı ilə bağlıdı. “Ağ-qaralar” hər nə qədər “Qəbələ”dən aşkar üstün təsir bağışlamasa da, onların oyununda əvvəlki pərakəndəlikdən və xaosdan əsər-əlamət qalmayıb. Artıq ehtiyat oyunçular skamyasından 3-5 adam yox, yalnız monteneqrolu göstəriş verir. Düzdü, rəqib aşkar autsayder idi, yeni idman direktoru Səbuhi Səfiyarlı hələ “isinmə hərəkətləri edir”, “Neftçi” 2-ci pilləyə “Zirə” ilə “Sumqayıt”ın xal itirməsi sayəsində yüksəldi. Bütün bu şərtlərin hər biri var, ancaq cədvəldəki reallıq ki dəyişmir!

“Kəpəz” özünə gəlib, hətta o dərəcədə ki, “Qarabağ”dan qızıl dəyərində xal almağa da yaxın idi. Amma təcrübə və ayrı-ayrı oyunçuların fərdi ustalığı son nəticədə həlledici oldu. Ağdamlılar izləyiciləri ilə elə fərq yaradıblar ki, çox rahatca bir neçə məğlubiyyəti də gözə ala bilərlər.

20-ci turun maraqlı məqamlarından biri kimi məhsuldarlığın artmasını da qeyd etmək olar. Şükür, bu dəfə qolsuz bitən oyun olmadı. Azarkeşi gündüz çıraqla axtardığımız məqamda elə belə olması yaxşıdı. “Futbolun bəzəyi qoldu” – bunu hansı mütəfəkkir deyibsə, tam “9-luğ”a vurub.

Hə, turun əsas özəlliklərindən biri fərqli xarakterli narazılıqların get-gedə üzə çıxmasıdı. Ötən tur Qəbələdən çətin qələbə ilə dönən “Sumqayıt” “Araz-Naxçıvan”la oyunda xal itirən kimi Samir Abasov ənənəvi ritorikasına sadiq qaldı. Yəni ki biz bu heyətlə yüksək hədəflər uğrunda oynaya bilmərik, iki turnirdən birini qurban vermək lazımdı. Heç şübhəsiz, çoxbilmiş mütəxəssis bununda sabahkı kubok oyunu ərəfəsində “Neftçi”nin başınan altına yastıq qoymaq niyyəti də güdür. Bəzən adama elə gəlir ki, baş məşqçi ilə klub prezidenti Riad Rəfiyev arasında adi kommunikasiya yoxdu, ya da belə durumun imitasiyasını görürük, klubdaxili demokratiya ən üst səviyyəyə qalxıb.

Narazılıqdan söz düşmüşkən, “Zirə”yə tərəf boylanmaq lazım gəlir. Ardıcıl 7-ci oyunda qələbəyə həsrət qalan komandanın baş məşqçisi Rəşad Sadıqov “üsyan bayrağı açdı”. Hətta mən bu üsyanın prinsipini də gördüm: hamıya və hər şeyə qarşı! Rəşad bəy bəlkə də çoxdan ürəyində yığılıb qalan bütün sözləri dilə gətirdi, təkcə hakimlər yox, ümumilikdə futbol idarəçiliyi ilə bağlı inanılmaz dərəcədə kəskin danışdı. Bu son damla idi, yoxsa irəlidə bizi daha dəhşətli narazılıq epizodları gözləyir – bunu deyə bilmərəm. Bildiyim odu ki, mövsümün ikinci yarısı sözün bütün mənalarında maraqlı başlayıb. Ona görə də seyrə davam! Çempionatımızı izləməyə dəyər!

Misli premyer-liqası
3-cü dövrə, 20-ci tur
26 yanvar
Turan Tovuz – Səbail 3:1
27 yanvar
Kəpəz – Qarabağ 1:2
Zirə - Sabah 0:1
28 yanvar
Araz-Naxçıvan – Sumqayıt 1:1
Neftçi – Qəbələ 3:1
1. Qarabağ 20 15 2 3 50-16 47
2. Neftçi 20 9 5 6 24-18 32
3. Sumqayıt 20 8 7 5 21-24 31
4. Zirə 20 8 6 6 13-11 30
5. Səbail 20 7 6 7 27-30 27
6. Araz-Naxçıvan 20 7 6 7 22-23 27
7. Sabah 20 7 5 8 26-22 26
8. Turan Tovuz 20 7 4 9 33-31 25
9. Kəpəz 20 4 5 11 14-32 17
10. Qəbələ 20 4 2 14 13-36 14
Bombardirlər: Olavio Juninyo (Qarabağ) – 14, Aleksandr Ramalinqom (Səbail) – 7, Abdulla Zubir, Yassin Benzya, Hamidu Keyta, Leandro Andrade (hamısı “Qarabağ”), Otto Con (Turan Tovuz), Pedro Nuno (Səbail) – 6.
Növbəti turun proqramı
3 fevral, 15.00. Səbail – Qarabağ
3 fevral, 17.30. Sabah – Turan Tovuz
4 fevral, 15.00. Sumqayıt – Neftçi
4 fevral, 17.30. Qəbələ - Zirə
5 fevral, 15.00. Kəpəz – Araz-Naxçıvan

ORXAN

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

29-12-2023, 13:0

“Bojoviçin təyinatı Azərbaycan üçün böyük uğurdu” - Azər Əliyev

Premyer-liqa

5-01-2024, 16:0

“Neftçi”nin yeni məşqçilər heyəti

Ölkə futbolu / Manşet

24-01-2024, 11:0

“Bojoviçdən bunu gözləmirdik” – “Neftçi”nin futbolçuları azarkeşə etiraf edib

Ölkə futbolu / Manşet

4-01-2024, 14:0

Aqil Nəbiyev Bojoviçin və ya Diniyevin köməkçisi ola bilər - hər şey AFFA-nın qərarından asılıdı

Ölkə futbolu

6-01-2024, 20:0

"Neftçi" yoxlama oyununda Türkiyə klubuna uduzdu

Premyer-liqa / Reportaj

26-12-2023, 22:0

Mutu getdi, Azərlə Sinyaşikinin ayağı açıldı - REPORTAJ

Aktual
“Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Son xəbərlər
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Dünən, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Dünən, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Dünən, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Dünən, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Dünən, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Dünən, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Dünən, 11:54
    Millimiz rekorda imza atdı
  • Dünən, 11:23
    Hamını arxada qoydu
  • Dünən, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Dünən, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Dünən, 10:00
    Lissabondan Madridə üz tutdu
  • 12-07-2026, 23:0
    Klubu ilə yenidən anlaşdı
  • 12-07-2026, 23:0
    Kapitan “gəmini” tərk etməyəcək
  • 12-07-2026, 22:0
    Son çempiondan unikal göstərici
  • 12-07-2026, 22:0
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • 12-07-2026, 22:0
    Dortmundu tərk etməyə yaxındır
  • 12-07-2026, 21:0
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
Daha çox
Oxunub: 215
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 200
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 155
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə