• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Jirona” ilə “Barsa” da kubok uğrunda mübarizədən çəkildi

Dünya futbolu

29-01-2024, 20:0

Çərşənbə günü İspaniya kubokunun 1/4 final mərhələsinin daha iki oyunu keçirildi.

"Football-plus.az" xəbər verir ki, “Malyorka” La Liqanın lideri “Jirona”ya ilk yarıda, sadəcə, “divan tutdu”. Artıq 35-ci dəqiqədə hesab 3:0 idi. Oyunun axarından narazı qalan “Jirona”nın baş məşqçisi Miçel Sançes 2-ci hissəyə iki dəyişikliklə başladı: Dovbiklə Kouto oyuna qoşuldu. 67-ci dəqiqədə Stuaniyə qarşı kobud oynayıb ilk sarı vərəqəni alan Railyo etirazını sərt şəkildə bildirdiyinə görə meydandan qovuldu və bununla da “Malyorka”nın vəziyyəti çətinləşdi. “Jirona” qollardan ikisinin əvəzini çıxsa da, bundan artığına gücü çatmadı. Kataloniya klubu son 18 oyunda ilk dəfə məğlubiyyətə üzüldü. “Jirona” oktyabrdan bəri ölkə çempionatı və kuboku çərçivəsində keçirdiyi 17 oyunun 14-də qalib gəlmiş, 3-də heç-heçə etmişdi.

Günün və mərhələnin əsas oyununda “Atletik”lə “Barselona” qarşılşadı. Komandalar çox cəlbedici oyun göstərdi. Çoxlu qol vəziyyəti, gözlənilməz süjet dəyişikliyi, dramatik sonluq... Oyuna əla başlayan basklar heç 1-ci dəqiqə tamamlanmamış Qurusetanın sayəsində hesabı açdı. Belə sarsıdıcı startdan sonra özünə gəlmək üçün Xavinin komandasına vaxt lazım idi. Kataloniya nəhəngi hissənin ortalarında hesabı bərabərləşdirdi. Berçiçenin səhvindən Levandovski yararlandı. Üstəlik qonaqlar tezliklə irəli çıxdı. Yamal gözəl fərdi reydi qolla tamamladı. “Barselona” ilk yarını üstün bitirsə də, rəqibdən yaxşı oynadığını qətiyyən demək olmaz. Fasilədən dərhal sonra “Atletik” Sansetin dəqiq zərbəsi hesabına bərabərliyi təmin etdi. Bundan sonra Valverdenin komandası rəqiblə müqayisədə daha yaxşı təsir bağışladı. Daha keyfiyyətli hücumlar quran meydan sahibləri qapıya müntəzəm zərbələr vurur və təhlükəli vəziyyətlər yaradırdı. Ancaq nə qədər təzadlı olsa da, əsas vaxtda kataloniyalılar, konkret Yamal fərqlənmək üçün daha gözəl imkanlar qazandı. Ancaq Lamin əvvəlcə Agirresabala ilə təkbətək dueldən məğlub ayrıldısa, əsas vaxtın lap sonunda boş qapıya düşə bilmədi. Yarımfinalın iştirakçısını əlavə vaxtda müəyyənləşdirmək lazım gəldi. Yenə rəqibdən üstün təsir bağışlayan “Atletik” Penyanın qoruduğu qapıya iki dəfə yol tapdı. Basklara qələbəni Uilyams qardaşları qazandırdı. İlk 15 dəqiqənin sonunda Afrika Millətlər Kubokundan dönən İnyaki fərqləndi, oyunda son nöqtəni isə Niko qoydu. “Atletik” ölkə kubokunda ardıcıl 5-ci dəfə yarımfina vəsiqə qazandı. Barselona da, öz növbəsində, ötən mərhələdə mübarizəni dayandıran “Real”ın yoxluğunda turnirin əsas favoriti statusunu doğrultmadı. Xavinin komandasının cari mövsümü titul qazanmadan bitirmək ehtimalı yetərincə yüksəkdi. “Barselona” ardıcıl 3-cü ildə kubokun finalında görünməyəcək. “Blauqrana” sonuncu dəfə bu titulu 2021-ci ildə, özü də finalda məhz “Atletik”i 4:0 məğlub etməklə qazanıb.

Bu mərhələnin cümə axşamı keçirilən son oyunu hansısa mənada dramatik alındı. Artıq “Real”la “Barselona”nın kubok uğrunda mübarizədən çəkildiyini bilən “Atletiko”nun “Sevilya” ilə oyunda qələbə qazanmaq üçün əlindən gələni edəcəyi aydın idi. “Hindular”ın qələbəsinin oyunun məntiqi axarına uyğun olmadığını deyə bilmərik. Oyunun əksər bölümündə məhz onlar meydanda diqtə etdi, daha xoş, maraqlı və təhlükəli təsir bağışladı. Hesab hələ ilk yarıda açıla bilərdi. Ancaq 26-cı dəqiqədə penaltini yerinə yetirən Qrizmann, sadəcə, sürüşərək topu qapının üstündən vurdu. Simeonenin 2-ci hissədə erkən əvəzetmələrə əl atdığını və bunun “Sevilya”nın təşəbbüsü ələ keçirməsinə yol açdığını düşünənlər tezliklə yanıldığını anladı. “Atletiko” məhz sonradan meydana çıxan oyunçuların sayəsində qol vurdu. Korreanın qapıçı meydançasına ötürməsinə Depay ayaq qoydu. Uzatma dəqiqələrində Barriosun Lamelaya qarşı kobudluğuna görə hakim əvvəlcə penalti nöqtəsini göstərsə də, VAR-ın müdaxiləsindən sonra qərarını dəyişdi. Bununla da “Sevilya”nın məğlubiyyətdən qurtulmaq ümidi qırıldı. Beləliklə, “Atletiko” yarımfinala adlayan sonuncu komanda oldu və artıq turnirin aşkar favoriti sayılır.

1/4 final
Atletik – Barselona 4:2, əlavə vaxtda
Quruseta, 1. Sanset, 49. İ.Uilyams, 105+2. N.Uilyams, 120+1 – Levandovski, 26. Yamal, 32.
Atletik: Agirresabala, Lekue (De Markos, 90), Vivian, Paredes, Berçiçe, Vesqa (Qomes, 46/Yauregizar, 105), Prados (Errera, 90), Sanset, Ares (İ.Uilyams, 59), N.Uilyams, Quruseta (Vilyalibre, 73).
Barselona: Penya, Kunde, Arauxo, Kristensen (Kubarsi, 70), Balde (Fort, 23), Gündoğan, De Yonq, Pedri (Roberto, 99), Yamal (Giyu, 106), Levandovski (Feliş, 78), Torres.
Malyorka – Jirona 3:2
Larin, 21. Prats, 28; 35-p. – Stuani, 68-p. Savio, 90+6.
Malyorka: Qreyf, Qonsales, Valyent, Railyo, Kopete, Kosta (Lato, 65), Maskarel, Sançes (Morlanes, 80), Rodriges (Koşta, 65), Prats (Muriqi, 71), Larin (Nastasiç, 71).
Jirona: Karlos, Arnau (Dovbik, 46), Blind, Antal, Qutyerres (Portu, 60), A.Qarsiya, Errera (Kouto, 46), Martin (Torre, 73), Sıqankov (Fernandes, 60), Savio, Stuani.
Atletiko – Sevilya 1:0
Depay, 79.
Atletiko: Oblak, Molina (Lyorente, 56), Ximenes, Vitsel, Ermoso, Lino, De Paul, Koke, Saul (Barrios, 56), Qrizmann (Korrea, 66), Morata (Depay, 66).
Sevilya: Nülann, Navas (Sançes, 70), Markao, Ramos, Nyanzu, Pedrosa (Akunya, 83), Sumare, Sou (Mir, 83), Torres (Rakitiç, 51), Romero (Lamela, 70), Okampos.
Bu mərhələnin daha bir oyunu çərşənbə axşamı keçirilib: Selta – Real Sosyedad 1:2.

Faktlar
* “Barselona” “Atletik”lə oyunda erkən qol buraxdı. Quruseta fərqlənəndə oyunun 36-cı saniyəsi gedirdi. “Barsa” bu mövsümdə iki dəfə bundan da tez qol buraxıb – La Liqa çərçivəsində “Qranada” ilə oyunun 17-ci, “Alaves”lə oyunun 18-ci saniyəsində. Kataloniyalılar son yarım ildə 3-cü dəfə 1-ci dəqiqədə qol buraxdı. Halbuki komanda son 18 mövsümdə yalnız üç dəfə belə aqibətlə üzləşmişdi (2011/12 mövümündə iki, 2014/15 mövsümündə bir dəfə).
* Yamal “Barselona”nın daha bir klub rekordunu qırdı. 16 yaş 195 günlüyündə fərqlənən yarımmüdafiəçi komandanın ölkə kubokundakı ən “gənc” qolunun müəllifidi. Yamal Boyan Krkiçin 17 yaş 77 günlüyündə müəyyənləşdirdiyi rekordu qırdı.
* “Atletik” “Barselona”nın qapısına az qala 30 zərbə vurdu. Baskların 29 zərbəsindən 7-si “çərçivə”yə getdisə, “Barselona” 4-ü “çərçivə”yə olmaqla 7 zərbə vurdu. O da maraqlıdı ki, “blauqrana” 120 dəqiqə davam edən oyun vaxtının 61 faizində topa nəzarət etdi. Öz qapısına 29 zərbə ən azı 2013/14 mövsümündən konkret bir oyun üçün “Barselona”nın ən pis göstəricisidi.

Reaksiyalar
Xavi Ernandes, “Barselona”nın baş məşqçisi: “Düşünürəm ki, evdə çox güclü oynayan möhtəşəm komandaya qarşı yaxşı mübarizə apardıq. Mən artıq püşkatmadam sonra rəqib baxımından bəxtimizin gətirmədiyini demişdim. Yamalın qələbə qolunu vurmaq şansı var idi. Hədsiz çox çalışmağımızla qürur duya bilərik. Çox çalışdıq və burdan başıuca ayrılırıq, axı gənc oyunçuların yardımı ilə mübarizə apardıq. Sakitəm. Hələ ən vacib turnirlər qalır. Mən artıq demişdim ki, “Barsa” yetərincə rəqabətədavamlı olmasa, getməyim normaldı. Biz böyük klubda çalışırıq. Mən “Barsa”dayam, böyük klubdayam. Burda qalib gəlmirsənsə, məşqçini qovurlar”.

Dieqo Simeone, “Atletiko”nun baş məşqçisi: “Sevilya” yaxşı top saxlayırdı və zamanla özünü daha yaxşı hiss etməyə başladı. Penaltini çıxsaq, ilk yarıda lazımi təhlükəli vəziyyətlər yarada bilmədik, rəqib isə tərəqqi edirdi. 2-ci hissədə sürəti artırdıq, təhlükəli vəziyyət yaratmaq başladıq, heyətdəki dəyişikliklər, xüsusən də Korrea ilə Depayın meydana çıxması oyunumuza çox zəruri olan sürəti qatdı. Belədə bütün stadionun istədiyi nəticəyə nail olduq. Yarımfinaldakı rəqibimiz? “Atletik”in oyun səviyyəsi daim artır, əla komandadı, hər turnirdə də bunu göstərir. “Real Sosyedad” “Real Sosyedad”dı – Çempionlar Liqasında da, çempionatda da. “Malyorka” da hər oyunda sona qədər mübarizə aparır. Hər komandaya çətin olacaq”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

11-08-2023, 18:0

İspaniya çempionatında 2023/24 mövsümünün təqvimi

Dünya futbolu

10-08-2022, 14:0

“Real”dan “Jirona”ya keçdi

Dünya futbolu

18-01-2024, 23:0

La Liqa 2 yeganə təmsilçisini itirdi

Dünya futbolu

8-10-2023, 22:0

“El Klasiko”da oynaya bilməyəcək

Dünya futbolu

25-12-2023, 18:0

“Jirona” ÇL-ə vəsiqə qazansa…

Aktual
“Bəxtimizə bu yazılıb ki, hər mövsüm orda-burda oynayaq” - “Xəmsə”dən oyun yerinin dəyişdirilməsinə reaksiya
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
"Turan Tovuz” çempionla oyundan əvvəl çətinliklə üzləşdi – üç futbolçusu...
“Böyük ehtimalla, hədəf premyer-liqaya vəsiqə qazanmaq olacaq” – qusarlılar elita üçün hazırlaşır!
Rəhim Həsənov Əliyar Ağayevi sonuncu turda da bağışlamadı!
Bəhlul “Sumqayıt”a qarşı oynayacaq? – rəsmi açıqlama
Son xəbərlər
  • Dünən, 23:51
    Dünya çempionatını buraxacaq
  • Dünən, 23:38
    Klubuna 40 yaşında da gərək oldu
  • Dünən, 23:02
    Yeni kapitan oldu
  • Dünən, 22:20
    Vlahoviç hara gedir?
  • Dünən, 21:59
    Levandovskini “Barsa”da kim əvəz edəcək?
  • Dünən, 21:30
    “Məktəbli Kuboku”nun final oyunları keçiriləcək
  • Dünən, 20:52
    "Hədəfimiz ötən mövsümdən yaxşı olmaq idi" - Ayxan Abbasov
  • Dünən, 20:21
    "Qəbələ" "Şamaxı"nı məğlub etdi - YENİLƏNİB
  • Dünən, 19:58
    Rəhim Həsənovdan mübahisəli epizodlara şərh - VİDEO
  • Dünən, 19:26
    Daha bir güləşçimiz "qızıl" qazandı - AÇ
  • Dünən, 18:51
    Milli komandada yeni təyinat
  • Dünən, 18:20
    "Neftçi" ölkə kubokunun qalibi oldu
  • Dünən, 17:59
    Seyxan Fərəcov mükafatlandırıldı
  • Dünən, 17:28
    "Qəbələ" - "Şamaxı": START HEYƏTLƏRİ
  • Dünən, 16:59
    “Transfer pəncərələri”nin vaxtı məlum oldu
  • Dünən, 16:28
    Premyer-liqada yeni mövsüm nə vaxt başlayacaq?
  • Dünən, 15:57
    Moldovada 11 medallıq zəfər
  • Dünən, 15:26
    “Bəxtimizə bu yazılıb ki, hər mövsüm orda-burda oynayaq” - “Xəmsə”dən oyun yerinin dəyişdirilməsinə reaksiya
  • Dünən, 14:55
    “Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
  • Dünən, 14:34
    "Turan Tovuz” çempionla oyundan əvvəl çətinliklə üzləşdi – üç futbolçusu...
  • Dünən, 14:13
    Bakıda gənc futbolçular üçün seçim turniri keçiriləcək
  • Dünən, 13:52
    “Böyük ehtimalla, hədəf premyer-liqaya vəsiqə qazanmaq olacaq” – qusarlılar elita üçün hazırlaşır!
  • Dünən, 13:28
    AFFA-da məşqçi kursları davam edir
  • Dünən, 12:57
    Rəhim Həsənov Əliyar Ağayevi sonuncu turda da bağışlamadı!
  • Dünən, 12:36
    İki güləşçimiz Avropa çempionatının finalında
  • Dünən, 12:15
    Bəhlul “Sumqayıt”a qarşı oynayacaq? – rəsmi açıqlama
  • Dünən, 11:54
    “Kicker” Ayxan Abbasovdan sitat gətirdi, Mahirə tövsiyə verdi
  • Dünən, 11:23
    Ölkə kubokunda final - "Araz-Naxçıvan" "Neftçi"yə qarşı
  • Dünən, 10:52
    Okan Buruk Terimin yolu ilə gedəcəkmi? - İtaliya nəhəngi onun xidmətində maraqlıdı
  • Dünən, 10:31
    Nəriman ABŞ kubokunda məhsuldar ötürmə etdi
  • Dünən, 10:00
    ''Beşiktaş''ın əfsanəsi karyerasını bitirdi - Ona klubda iş veriləcək
  • Dünən, 00:55
    Unay Emeri yenə Avropa Liqasının qalibi oldu!
  • 20-05-2026, 23:0
    Karvaxal inciyib: baş məşqçini vida yeməyinə çağırmadı
  • 20-05-2026, 23:0
    "İmişli" futbolçusu ilə yeni müqavilə imzaladı - RƏSMİ
  • 20-05-2026, 22:0
    UEFA prezidenti Türkiyə futbolu haqda nələr dedi? - ''Bəli, potensial var, amma...''
Daha çox
Oxunub: 305
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 244
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 231
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
Oxunub: 201
“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
Oxunub: 192
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
Oxunub: 191
“Qəbələ”nin rəqibi kim olacaq: “Səbail”, yoxsa “Mingəçevir”?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə