Görəsən, “kimyaçılar” qış fasiləsini transfersiz başa vuracaq? Yəni onlar üçün “transfer pəncərəsi” bağlanıbmı? Bu barədə dəqiq məlumat almaq üçün “Sumqayıt”ın idman direktoru Faiq Hacı-Məhərrəmovla danışdıq:
“Bu istiqamətdə həmişə danışıqlar gedir. İndi də danışdığımız oyunçular var. Sadəcə, hələlik dəqiqləşən heç nə yoxdu. Həm də fasilə bitənə kimi 12-13 gün vaxtımız var. Bu da yetərincə uzun zamandı. Komandanın hədəfinə, meyarlarına uyğun oyunçu tapmasaq, heç bir transfer etməyəcəyik”.
KAMAL SƏFƏR



