Basketbol Liqası: "Gəncə" növbəti qələbəsini qazandı

16.12.2023 22:56 184
İdman
Basketbol Liqasında 8-ci turun daha bir oyunu keçirilib.

"Football-plus.az" xəbər verir ki, günün yeganə matçında "Gəncə" "Şəki"ni qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 78:66 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra xallarının sayını 11-ə çatdıran "Gəncə" 6-cı pillədə qərarlaşıb. 8 xala malik qonaqlar sonuncu sıradadır.

Qeyd edək ki, tura sabah "NTD-İndiqo" - "Cəlilabad" görüşü ilə yekun vurulacaq. Əvvəlki oyunlarda "Xəzri" "Sərhədçi"ni (117:100), "Xırdalan" "Neftçi"ni (102:80), "Sabah" isə "Sumqayıt"ı (105:79) məğlub edib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul