• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Mütəxəssislər Bojoviçin “Neftçi”sini və “Sabah”ın Ayazını bəyənib

Premyer-liqa / Manşet

24-01-2024, 19:0

Srağagün Misli premyer-liqasında qış fasiləsi başa çatdı.

İlk matçda “Sabah” “Neftçi”ni qəbul etdi. Koçandalar Bakı derbisinə 3 xal üçün çıxmışdı. Ancaq qalib müəyyənləşmədi, komandalar nə qədər çalışsa da, hesab açılmadı ki, açılmadı...

“Qan itirsə” də, transferə ehtiyac duymayan “Sabah” və yeni baş məşqçi ilə yola davam edən “Neftçi”nin üz-üzə gəldiyi matç nə göstərdi? Onlar qış fasiləsindən yetərincə yararlana bilmişdi? Oyun tərəflərin hansı boşluqlarını gün üzünə çıxartdı? Dünən bu suallarla mütəxəssislərə müraciət etdik.

Etibar İbrahimov:

“İlk oyun onu göstərdi ki, komandalar mövsümün ikinci yarısı üçün tam hazır deyil. Fiziki və taktiki cəhətdən boşluqlar nəzərə çarpırdı. 3-cü dövrənin yeni başladığını nəzərə alsaq, bunu anlayışla qarşılamaq olar. Etiraf edək ki, bu il qış fasiləsi çox qısa oldu. Bu da oyunçuların tam formadan düşməməsinə şərait yaratdı. Çox güman, iki-üç turdan sonra əvvəlki oyun tempini izləyə biləcəyik. Hələ ki futbolçular oyuna ehtiyatla yanaşırdı. Bunu xüsusilə “Nefçi”də görmək mümkün idi. Səbəbin məhz baş məşqçi dəyişikliyiylə bağlı olduğunu düşünürəm. Miodraq Bojoviç öz oyun üslubunu kollektivə tam təbliğ etdikdən sonra müəyyən dəyişikliklərin şahidi olacağıq. Ümumi mənzərəyə əsasən, deyə bilərəm ki, Murad Musayevin yetirmələri daha istəkli və riskli çıxış etdi. “Sabah”ın çox keyfiyyətli oyunçuları var. Düzdü, baş məşqçi yeni futbolçuya ehtiyac olmadığını deyir. Lakin yeni hücumçu transfer edilsə, daha yaxşı olar. Məncə, mütləq lazımdı. Razılaşaq ki, İshak Belfodilin yaxşı günləri geridə qalıb. Fransalının zəngin karyerasının olduğunu bilirəm. Amma “Neftçi”ylə matç göstərdi ki, vacib epizodlarda lazım olan addımları ata bilmir. Digər tərəfdən, Davit Volkov uzun müddət zədədən əziyyət çəkdi. Onun özünü əvvəlki kimi göstərib-göstərməyəcəyi sual altındadı. Emmanuel Apeh hardasa fərqlənməyi bacardı. Əlbəttə, Murad Musayev komandanın çatışmazlıqlarını daha yaxşı görür, yekun qərarı o verməlidi. Bundan başqa, Aleksey İsayev kollektivi tərk etdiyindən mövqeyi Ayaz Quliyevə şans verilmişdi. Onun xüsusiyyətlərinə bələdik. Daim texnikalı və əzmkar oyun tərziylə seçilib. Hələ ki öyrəşdiyimiz keyfiyyətlərini görə bilmirik. Yəqin bunun üçün zaman lazım olacaq. Baş məşqçisinin tələb və tapşırıqlarının öhdəsindən gəlməyə çalışdığını izlədik. Aleksey qədər faydalı olmasa da, “Neftçi”nin qol vura bilməməsində böyük rolu oldu. Qonaqlar haqda danışası olsaq, bir neçə vacib məqama toxunmaq olar. Məsələn, komandada taktiki intizam hiss olunurdu. Baxmayaraq ki, bu mənzərəyə həsrət qalmışdıq.Vurğuladığım kimi, oyun tərzində ciddi dəyişiklik yoxdu. İtkiləri də nəzərə almaq lazımdı. Xüsusilə Lebonun yeri görünürdü. Sol yarımmüdafiəçi Şinyaşiki onu layiqincə əvəz edə bilmədi. Hələ ki yeni transfer Alfa Konte haqda dəqiq danışmaq mümkün deyil. Yəqin Bojoviç oyun fəlsəfəsini kollektivə aşılayandan sonra hər şey fərq olacaq. Eminə diqqət etsək, görərik ki, komandanı arxasınca aparmağa çalışırdı. Düzdü, istədiyi formada deyil, lakin böyük liderdi. O, məsuliyyətlidi. Tezliklə, daha yaxşı oyun göstərməyə başlayacaq. Məncə, Bojoviç kapitana yeni qığılcım verib. Amma bu, səhv anlaşılmasın. Sabiq baş məqşçi Adrian Mutunun ona mənfi təsir etdiyini və ya aralarında şəxsi problem olduğunu demirəm. Emin peşəkar futbolçudu və belə nüanslara görə dəyişmir. Ola bilər ki, müəyyən eniş yaşadı və öz-özüylə söhbət edərək bəzi məsələlərdə qərarlar verdi. Nəticədə bu dəfə fərqli təsir bağışladı. Qol vurmaq istəyi hiss olunurdu. Düşünürəm ki, “Neftçi” tarixinə və büdcəsinə uyğun olaraq ikinci yerdə möhkəmlənməlidi. Hətta mövsümün sonuna bir neçə tur qalmış gümüş medalları təmin etməlidi. Çünki klub çempionluq uğrunda mübarizə apara biləcək potensialdadı. Əfsuslar olsun ki, istədiyini əldə edə bilmir. Heyətə gəlincə, Ervin Koffi müdafiədə yaxşı çıxış etmir. Hücumçuların da durumu ortadadı. Qol vura bilmirlər. Alfa Konte və Brayan Moreno mütləq gözləntiləri doğrultmalıdı. Boqomolski də keyfiyyətli futbolçudu. Güman edirəm ki, onun qol vuracağı oyunlar hələ qabaqdadı. Ümumi mənzərəyə gəlincə, bu matçın ədaləti nəticəsi heç-heçə idi. Tərəflər bir-birindən üstün oynamadı. Transfer çalışmaları məsuliyyətli aparılsa, heyətlər keyfiyyətli futbolçularla zənginləşdirilsə, həmçinin məşqçilər korpusu işini layiqincə görsə, yəqin ki, büdcələr arasındakı fərq çox hiss edilməyəcək. Məncə, bu oyunda sadaladığım prosesin şahidi olduq. “Sabah” “Neftçi”dən bir xal almaqla böyük uğura imza atdı”.


Yunis Hüseynov:
“Hər iki komanda Antalyada təlim-məşq toplanışı keçəndən sonra meydana çıxmışdı. Adətən, fasilədən qayıtdıqdan sonra kollektivlərin gücü eyni səviyyədə olur. Bu üzdən nəticə oyunun axarını özündə tam əks etdirdi. Tərəflər istəkli və sürətli oynadı. Məncə, “Neftçi” bu mənada az da olsa, rəqibdən yaxşı mənada fərqləndi. Digər tərəfdən, Aleksey İsayevin gedişindən sonra “Sabah”ın oyun tərzində ciddi dəyişiklik ola bilərdi. Lakin Ayaz Quliyev əlindən gələni etdi ki, mövqeyində boşluqlara yol verməsin. Şəxsən mən hansısa futbolçunun yoxluğunu hiss etmədim. Əslində bu haqda dəqiq hökm vermək düzgün deyil. İki-üç turdan sonra hansısa ciddi boşluqların olub-olmadığı haqda danışmaq olar. Ümumiyyətlə, bu sözlər bütün klublara aiddi. Transfer məsələsinə gəlincə, “Sabah” futbolçularına güvəndiyi üçün yeni oyunçu istəmir. Gələcəkdə Murad Musayevin yanılıb-yanılmadığı ortaya çıxacaq. “Neftçi”nin transferlərinin keyfiyyətləriylə də zaman keçdikcə tanış olacağıq. Amma bu matçda bir məqam xoşuma gəldi. Qeyd edim ki, indiyə qədər məşqçilərin oyuna yaxşı mənada müdaxiləsi hiss olunmurdu. Daha dəqiq desəm, hərə bir göstəriş verirdi. Hətta nəinki məşqçilər, futbolçular da bu prosesə qatılırdı. Bu dəfə isə Miodraq Bojoviç, sadəcə, özü qərarlar verdi, tapşırıqlarının icrasını qətiyyətlə tələb etdi. Sonda fürsətdən istifadə edib, bütün komandalarımıza uğurlar arzulayıram”.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

22-01-2024, 20:0

“Sabah”ı evdə çətin oyun gözləyir

Premyer-liqa

28-11-2023, 19:0

"Qarabağ" liderliyə yüksəldi, "Neftçi" yenə naxçıvanlılarla bacarmadı – TURUN ŞƏRHİ

Premyer-liqa / Manşet

14-03-2022, 13:0

Qəbələdə hesab açılmadı - YENİLƏNİB

Aktual / İdman

16-01-2024, 15:0

"Araz-Naxçıvan"ın yeni transferləri bizi qorxutmur" - "Neftçi" iddialıdı

Premyer-liqa / Manşet

17-12-2023, 20:0

“Məsələ ondadı ki, "Neftçi" həmişə yaxşı məşq edir” – azarkeşlər sabah nə gözləyir?

Premyer-liqa / Manşet

22-01-2024, 19:0

"Kəpəz"dən qələbə, Səbaildə bərabərlik - YENİLƏNİB

Aktual
Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
"Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
“Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
“Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
Son xəbərlər
  • Dünən, 23:53
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • Dünən, 23:23
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • Dünən, 22:51
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:12
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • Dünən, 22:09
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • Dünən, 21:45
    "Xankəndi"də məşqçi təyinatı
  • Dünən, 20:59
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 20:33
    Millimizin heyəti açqlandı
  • Dünən, 19:44
    "Payde" - "Zirə": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    "Qarabağ" - ÇSKA: START HEYƏTLƏRİ
  • Dünən, 18:30
    ''Qalatasaray'' İkardiyə vida oyunu təklif etsə də...
  • Dünən, 17:58
    23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
  • Dünən, 16:56
    Florensiyanı tərk etdi
  • Dünən, 16:25
    Millimizin heyəti açıqlandı - AÇ
  • Dünən, 15:49
    Niderlandda qərar tutdu
  • Dünən, 15:08
    Qvineya millisinin üzvü "Araz-Naxçıvan"da
  • Dünən, 14:40
    "Şəfa"da niderlandlı futbolçu
  • Dünən, 14:19
    “İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
  • Dünən, 13:57
    Salahın meneceri transferi yubadır
  • Dünən, 13:27
    “Qalatasaray” hələ ki almaq yox, vidalaşmaq ilə məşğuldu
  • Dünən, 12:56
    “Trabzonspor” 26 milyon avroluq satış həyata keçirdi
  • Dünən, 12:25
    Avropada 10-cu qol
  • Dünən, 11:54
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 11:23
    “Belədə bundesliqa və ya la liqa klubları onu heyətində görmək istəyər” – Mahiri “Rakuv”da nə gözləyir?
  • Dünən, 10:52
    UEFA reytinqində mövqeyimiz dəyişmədi
  • Dünən, 10:31
    "Karvan-Yevlax"dan daha iki transfer
  • 22-07-2026, 23:0
    “Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
  • 22-07-2026, 23:0
    "Qarabağ"a qarşı uğurlu çıxış etmək istəyirik" - ÇSKA-nın baş məşqçisi
  • 22-07-2026, 22:0
    "Qalib olmağa gəlmişdik" - "Dinamo-Minsk"in baş məşqçisi
  • 22-07-2026, 22:0
    "Mənə elə komanda deyin ki, hər matçı qazansın" - Yuri Vernidub
  • 22-07-2026, 21:0
    Abubakar "Kəpəz"də
  • 22-07-2026, 21:0
    Fransadan Portuqaliyaya yollandı
  • 22-07-2026, 20:0
    "Çalışacağıq ki, rəqibin oyununu pozaq" - Rəşad Sadıqov
  • 22-07-2026, 19:0
    "Alınsa, iki transfer həyata keçirəcəyik" - Qurban Qurbanov
  • 22-07-2026, 19:0
    "Kəpəz"də ayrılıq
Daha çox
Oxunub: 191
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 156
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 136
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 131
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə