• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Argentina futbolunda iki ziddiyyətli plan: prezidentlər odla oynayırlar

Dünya futbolu

19-01-2024, 23:0

İlin əvvəlində Argentina futbolunda yaxın gələcəyə yönələn iki planla bağlı müzakirələr edilir.

Hər ikisi ziddiyyətli xarakterlidi. Bəribaşdan qeyd edək ki, qərarlardan birinə görə ölkənin klub və yığma komandaları yaxın gələcəkdə beynəlxalq turnirlərə buraxılmaya bilər.

AFA-dan nömrə məsələsinə geridönüş
Görünür, “gümüşlər ölkəsi”ndə yığmanın “10” nömrəli formasının Lionel Messi üçün əbədiləşdirilməsi artıq qaçılmaz sayılır. Bu plan Argentina Futbol Assosiasiyasına (AFA) məxsusdu. AFA-nın prezidenti Klaudio Tapya bununla bağlı belə açıqlama verib: “Messi milli komandanı tərk edəndən sonra heç kimə “10” nömrəli formanı geyməyə imkan verməyəcəyik. Əlbəttə, bu forma Messinin möhtəşəm karyerasına hörmət əlaməti olaraq istifadədən çıxarılacaq. Bu, onun üçün görə biləcəyimiz cüzi işdi”.

Göründüyü kimi, məsələ yetərincə ciddidi - Amma FİFA bunu qadağan edir
AFA rəhbərliyi planını həyata keçirmək üçün mütləq FİFA ilə razılığa gəlməli olacaq. Çünki ali futbol təşkilatının reqlamenti FİFA-nın bayrağı altında keçirilən turnirlərdə komandaların iştirak ərizəsinə daxil edilən futbolçularının “1”dən “23”ə qədər olan nömrələri bölüşməsini vacib sayır. Bu qayda seçmə turnirlərdə də tətbiq olunur. Konkret oyun üçün iştirak ərizəsinə adı salınan oyunçular isə “1”dən “18”ə qədər olan nömrələrin yazıldığı formaları daşımalıdılar. Əlbəttə, əsas heyətdə meydana çıxanların “1-11” aralığında olan nömrələr altında oynaması vacib deyil.

Dünya çempionatının final və seçmə mərhələsində hər hansı nömrənin istifadədən çıxarılmasına icazə verilmir. Amma bu qadağa yoldaşlıq oyunlarına tətbiq olunmur. Sınaq matçlarında futbolçuların meydana hansı nömrə altında çıxacağı milli federasiyaların səlahiyyəti çərçivəsinə aid olur.
Klub futbolunda nömrələrin əbədiləşdirilməsi daha asandı. Ən sonuncu nümunə “Birmingem”ə aiddi. İngiltərə klubu 2021-ci ildə Cud Bellingemin daşıdığı “22” nömrəli formanın toxunulmaz olduğunu bəyan etdi. Bu qərar indi “Real”da xarüqələr yaradan hücumameyilli yarımmüdafiəçinin rekord məbləğə - 30 milyon avroya Dortmund “Borussiya”sına satılmasına görə verilmişdi. “Birmingem” rəhbərliyi olduqca qəribə görünən qərarını həm də Cudun yeniyetmə yaşında komandanın aparıcı fiquruna çevrilməsi, liqada ən yaxşı oyunçulardan biri olması və öz səyləri nəticəsində belə şərəfə layiq görülməsi ilə izah etmişdi. Odu ki, Bellingem ilə bağlı qərarın klubun akademiyasının digər üzvlərini də həvəsləndirməlidi.

AFA-nın ilk cəhdi uğursuz alınıb
Amma Argentina yığmasında belə qərarın reallığa çevrilməsi olduqca müşkül işə bənzəyir. Yeri gəlmişkən, AFA artıq bir dəfə belə cəhd edib. Nəticə isə uğursuz olub.

“Napoli” rəhbərliyi 2000-ci ildə Dieqo Maradonanın vaxtilə daşıdığı “10” nömrəli formanı əbədiləşdirmək qərarına gəldi. Bir ildən sonra argentinalılar da eyni qərarı həyata keçirmək istədilər, amma olduqca qəribə vəziyyətə düşdülər. FİFA-nın o vaxtkı baş katibi Mişel Zen-Ruffinen DÇ-2002 ərəfəsində argentinalı qapıçı Roberto Bonanonun mundialda “24” nömrəli formada çıxışına razılıq verdi. Lakin bir gündən sonra Yozef Batter buna mane oldu. FİFA-nın sabiq prezidenti argentnalılar üçün maraqlı çıxış yolu tapdı: “10 nömrə”ni Bonanoya verin, onsuz da üçüncü qapıçı oynamayacaq”.

Argentinalılar bu variantla razılaşmadılar, ancaq sonda FİFA-nın “1” nömrəli rəhbərinin qadağası ilə barışmalı oldular: “10” nömrəli formanı “River Pleyt”in hücumçusu Ariel Orteqaya verdilər...

Ölkə başçısı daha böyük problem yaradıb
Argentina dövlətinin başçısı ölkə futbolu və idmanı üçün daha böyük problem yaradıb. Yerli idman konfederasiyası (AİK) prezidentin qərarına etiraz edir. “La Nacion” qəzetinin yazdığına görə, AİK Xavyer Mileyin imzaladığı sərəncamın ləğvinə nail olmağa çalışır. Söhbət İdman Haqqında Qanuna düzəlişlərdən gedir. Yeni düzəlişlər futbol klublarının məhdud məsuliyyətli cəmiyyətə çevrilməsini nəzərdə tutur.

AİK rəhbərliyi sərəncamın konstitusiyaya zidd olduğunu hesab edir və prezidentin planı baş tutacağı halda Cənubi Amerika Futbol Konfederasiyasının Argentina komandalarını regional yarışlara buraxmamaq üçün ciddi əsasının ortaya çıxacağından narahatdı. Sözsüz, futbol planında Argentina yığmasının yayda ABŞ-də keçiriləcək Amerika Kubokundan kənarda qalmaq təhlükəsi daha ciddi cəza olacaq. Konfederasiyanın hazırladığı sənəddə belə deyilir: “Beynəlxalq Olimpiya Komitəsi və Beynəlxalq Paralimpiya Komitəsi analoji qaydada idmançılarımızın Parisdə keçiriləcək Olimpiadada çıxışına qadağa qoya bilər”.

Məsələ ondadı ki, Beynəlxal Olimpiya Komitəsi (BOK) dövlət orqanlarının yerli idman təşkilatlarının fəaliyyətinə müdaxiləsini yolverilməz sayır. Bu mənada FİFA-dan geri qalmayan BOK da müxtəlif sanksyalara əl atır.

Miley “Radio Mitre”yə müsahibəsində idman klublarının strukturunda dəyişikliyin zəruri və təxirəsalınmaz olduğunu bildirib. Prezident ərəb biznesmenlərindən ibarət qrupların 3 milyard dollara qədər sərmayə qoymağa hazır olduqlarnı və onlarla əməkdaşlığın ölkə idmanının inkişafına səbəb olacağını deyib. Dövlət başçısı bəzi klubların qeyri-kommersiya ictimai təşkilatı kimi qalmağı zəruri hesab etməsini yaxşı anladığını da bildirib, bunu da əlavə etməyi lazım bilib: “Mən “Boka Xuniors”un fanatıyam. Sərmayə qrupu bu kluba külli miqdarda sərmayə qoyacaq və nəticədə “Boka” daim qələbələr qazanacaq, “River Pleyt” isə uduzacaqsa, ortaya belə sual çıxacaq: mən hara qol çəkməliyəm?”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

22-12-2022, 15:0

BBC Messini ilin ən yaxşı idmançısı seçdi

Dünya futbolu

28-09-2022, 10:0

Messi dubl etdi, Argentina qələbə qazandı

Dünya futbolu

10-02-2023, 17:0

Messi və 2022-ci ilin rəmzi komandasında 7 argentinalı

Dünya futbolu

31-03-2023, 12:0

Messinin adı əbədiləşdirildi

Dünya futbolu

16-12-2023, 11:0

Messi, Mbappe, yoxsa Holann?

Aktual
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
“Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
“Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
“Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
Son xəbərlər
  • Bu gün, 14:20
    ''Qalatasaray'' A seriyasının debütantına uduzdu
  • Bu gün, 13:59
    Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
  • Bu gün, 13:28
    Urfan Abbasov "Kəpəz"də
  • Bu gün, 12:57
    Bakıdakı oyun avrokuboklarda TOP-5-də
  • Bu gün, 12:30
    "Qəbələ" "Şəfa" ilə üz-üzə gəlir
  • Bu gün, 11:59
    "Qarabağ"ı Sofiyada dəstəkləmək istəyənlər üçün biletlər satışda
  • Bu gün, 11:28
    Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
  • Bu gün, 11:21
    Bakıda Avropa Cüdo Ümidləri turnirinə start verildi
  • Bu gün, 10:58
    “Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
  • Bu gün, 10:31
    “1–2 il ərzində idmançılarımızdan daha böyük uğurlar gözləmək mümkündü“ - Natiq Bağırov
  • Bu gün, 10:25
    “Belə tədbirlərin keçirilməsi çox vacibdi“ - Rüstəm Orucov
  • Bu gün, 10:00
    Mançesterdən Madridə yollandı
  • Dünən, 23:50
    Salahın başıbəlalı transferi ''Beşiktaş''da qalmaqala və istefaya səbəb oldu!
  • Dünən, 23:19
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • Dünən, 23:00
    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov
  • Dünən, 22:40
    "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
  • Dünən, 22:15
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:40
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 21:00
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 20:40
    "Şahdağ Qusar"dan növbəti transfer
  • Dünən, 20:19
    Ceyhun Nuriyev "Araz-Naxçıvan"da
  • Dünən, 19:59
    "Dinamo" - "Neftçi" matçının hakimləri açıqlandı
  • Dünən, 19:28
    Kariusdan illər sonra gələn etiraf - ''Həmin günlərdə futbola olan sevgimi itirdim''
  • Dünən, 18:57
    ''Salah Türkiyə futbolu tarixinin ən böyük transferi olacaq''
  • Dünən, 18:26
    "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq” - Elxan Səmədov
  • Dünən, 17:55
    “Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
  • Dünən, 17:27
    İtalyanonun ''Beşiktaş''da debütü uğurlu alındı
  • Dünən, 16:55
    “Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
  • Dünən, 16:24
    "İmişli"nin sabiq futbolçusu "Xankəndi"də
  • Dünən, 15:25
    “Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
  • Dünən, 14:54
    Almaniya klubu ilə danışıq aparır
  • Dünən, 14:24
    Leroy Mikelsin yeni klubu açıqlandı
  • Dünən, 13:54
    Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
  • Dünən, 13:35
    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
  • Dünən, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
Daha çox
Oxunub: 204
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 140
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 132
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 120
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 95
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə