Arif Əsədovla İlqar Qurbanov Şeydayevin qərarını dəstəklədi

18.01.2024 20:21 323
Ölkə futbolu / Manşet
İl başlayandan bəri Ramil Şeydayev və Vüsal İsgəndərli kimi gənc və potensiallı futbolçular elita klubunu aşağı dəstə təsmilçisinə dəyişib.

Onların belə seçimini heç də hər kəs xoş qarşılamır. Potensialı milli komandaya yardım etməyə də bəs edən futbolçuların seçimi nə dərəcədə ağlabatandı? "Football-plus.az" saytının bu sualını əsas millinin məşqçisi Arif Əsədov və seleksiyaçısı İlqar Qurbanov cavabladı.

Arif Əsədov:
"Bu futbolcuların fərdi seçimi olduğu üçün bizdən onlara uğurlar arzulamaq qalır".


İlqar Qurbanov:
"Hansıdı potensiallı? Hər birinin 27-28 yaşı var. Sırf aşağı liqaya keçməyə gəlincə, bizim çempionatla onların çempionatı arasında çox fərq var. Həm sürət, həm də fiziki baxımdan. Bu seçimləri də milliyə ancaq müsbət tərəfdən təsir edə bilər".


GÜNAY SÜLEYMANOVA