• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Real” 13-cü Superkuboku darmadağınla qazandı – REPORTAJ

Dünya futbolu

17-01-2024, 00:0

“Real” Superkubokun finalında ötən il “Barselona”dan aldığı məğlubiyyətin əvəzini amansızcasına çıxdı.

Oyuna möhtəşəm başlayan madridlilər artıq 10-cu dəqiqədə iki top üstünlüyü yaxaladı. “Barsa”nın müdafiə xəttinin kobud səhvlərindən yararlanan Vinisius dubl etdi. Debütdəki aşkar fiaskodan sonra tədricən özünə gələn kataloniyalılar 33-cü dəqiqədə Levandovskinin sayəsində qollardan birinin əvəzini çıxdı. Ancaq Ançelottinin komandası bu qola da yaxşı reaksiya verdi və dərhal iki top fərqini bərpa etdi. Vinisius özü qazandığı penaltini dəqiq yerinə yetirməklə ilk yarını het-triklə bitirdi. Xavinin komandası 1:3-dən sonra təşəbbüsü ələ ala bilmədi. Əvəzində madridlilər 2-ci hissənin gedişində hesab arasındakı fərqi darmadağın həddinə çatdırdı. “Barsa”nın çoxsaylı problemlərinə 2-ci hissənin ortalarında – 71-ci dəqiqədə Arauxonun meydandan qovulması da əlavə olundu, ancaq madridlilər say üstünlüyündən yararlana bilmədi. Tarixində 13-cü dəfə Superkuboku qazanan “Real” bu turnirdə qələbə sayına görə “Barselona”dan (14) geriliyi minimuma endirdi.

Real – Barselona 4:1
Real: Lunin, Karvaxal, Rüdiger, Naço, Mendi, Valverde (Sebalyos, 86), Çuameni, Kroos (Modriç, 81), Bellingem (Xoselu, 86), Rodriqo (Dias, 77), Vinisius (Kamavinqa, 82).
Barselona: Penya, Arauxo, Kunde, Kristensen, Balde, Roberto (Lopes, 61), Gündoğan, De Yonq, Pedri (Yamal, 61), Torres (Feliş, 61), Levandovski.
Qollar: Vinisius, 7 (1:0). Vinisius, 10 (2:0). Levandovski, 33 (2:1). Vinisius, 39-p. (3:1). Rodriqo, 64 (4:1).
Vərəqələr: Arauxo, 37. Roberto, 38. Bellingem, 42. Rüdiger, 62 - sarı. Arauxo, 71 – qırmızı (2-cı sarı).
Hakim: Xuan Munera (Benidorm).
14 yanvar. Ər-Riyad. 23977 tamaşaçı.

Faktlar
* “Real” şəxsi oyunlarda qələbə sayına görə “Barsa” ilə aradakı fərqi artırdı. Madridlilər rəsmi oyunlarda 104-cü dəfə qələbə qazandısa, kataloniyalıların 100 belə qələbəsi var. Komandalar daha 52 dəfə heç-heçə edib. Top fərqi də “Real”ın xeyrinədi - 430:417.
* Ançelotti “Real”ın “sükanı arxasında” titul sayına görə Zidana çatdı. Hər iki mütəxəssisin hesabında 11 qənimət var. “Real” tarixinin ən titullu məşqçisi isə Migel Munyosdu – komanda onun rəhbərliyi arasında 14 qənimət qazanıb.
* Florentino Peres artıq “Real” tarixinin ən titullu prezidentidi. Superkubokun finalındakı qələbədən sonra onun titullarının sayı 33-ə çatdırdı. Əvvəlki rekord (32) əfsanəvi Santyaqo Bernabeuya məxsus idi.
* Vinisius “Barsa”nın qapıçısına üç dəfə yol tapdı – 7-ci, 10-cu və 39-cu dəqiqələrdə. 23 yaşlı braziliyalı sonuncu dəfə 2022-ci ilin yazında het-trik etmişdi: mayın 12-də “Levante”nin darmadağınına (6:0) üç qolla töhfə vermişdi. Braziliyalı ulduz 21-ci əsrdə “el-klasiko” tarixinin ən sürətli het-trikinin müəllifi oldu. Bundan başqa, o, bu duellərin tarixinə artıq ilk yarıda het-trik etməyi bacaran 5-ci futbolçu kimi düşdü.
* Vinisius “Barsa” ilə oyunda dublu 9 dəqiqə 48 saniyəyə reallaşdırdı. “El-klasiko”da yalnız Hari Lineker bunu daha tez bacarıb. 1986/87 mövsümündə “blauqrana”nın şərəfini qoruyan ingiltərəli bombardir 4 dəqiqə 48 saniyəyə dubl edib.
* “Barselona” “Real”a qarşı keçirdiyi son üç oyunda uduzub. Xavinin komandası son finala qədər ötən il La Liqada (28 oktyabr – 1:2) və ölkə kubokunda (5 aprel – 0:4) də uduzub. Son üç oyunun ikisində darmadağın qeydə alınıb. Maraqlıdı ki, bu seriyaya qəədər olan üç oyunun hamısında “Barsa” qələbə qazanmışdı.

Oyundan sonra
Karlo Ançelotti, “Real”ın baş məşqçisi: “Oyun bizim üçün çətin alındı. “Barselona”nın oyununu nəzərə alsaq, 4:1 hədsiz böyük hesabdı. Hesab 3:1 olarkən meydanda bərabər oyun gedirdi, yalnız 4-cü qoldan sonra rəqib əlini yanına saldı. Bəlkə də 2:0-dan sonra əks-hücumlara çox həvəs göstərdik, topa daha yaxşı nəzarət etməliydik. Mən ehtiyat hakimlə 2-ci hissəyə dəqiqə artırmaqla bağlı danışmadım, sadəcə, ehtiyatlı olmağı tapşırdım, ona görə, oyun əsəbi xarakter almışdı, bunu anlamaq lazım idi. Vinisiusa ən yaxşı səviyyəsinə qayıtmaq üçün cəmi iki-üç oyun bəs etdi. Dabanla oyunu bəyənmirəm. Vinisius da belə etdi, Bellingem də - xoşuma gəlmədi”.

Xavi Ernandes, “Barselona”nın baş məşqçisi: “Böyük ümidlərimiz var idi, entuziazmla doluyduq, ancaq ən pis oyunumuzu keçirdik. Oyuna çox pis başlasaq da, ardından bir qolun əvəzini çıxdıq, ancaq 1:3-dən sonra hər şey bizim üçün çətinləşdi. “Real” əks-hücumlarla bizə ciddi zərbə vurdu, biz onları dayandıra bilmədik. Bu gün futbolun acı üzünü daddıq. Fanatlardan üzr istəyirəm, rəqiblə mübarizə aparmaq bizim üçün çətin idi. Karyeramda çoxlu məğlubiyyət olub, ancaq son nəticədə özümüzə gəlmişik. “Barselona” qayıdacaq. Qoy bu oyun daha yaxşı olmaqda bizə yardım etsin. Bizi çətin günlər və çoxlu tənqid gözləyir, etiraf etməliyik ki, final üçün zəruri olan səviyyədə deyildik. Ayağa qalxaq və qalan titulların arxasınca gedək”.

Vinisius Junior, “Real”ın hücumçusu (“Barsa”nın ehtiyat oyunçular skmyasında əyləşənlərə əli ilə 4:1-i işarə etməsi haqda): “Bu tituldan, oyunumuzdan və qollardan çox razıyam. Madriddəki fizioterapevtlərimə, komanda yoldaşlarıma və məşqçi korpusuna təşəkkür edirəm. Onlar məni ən yaxşı formamı bərpa edəcəyimə inandırdı. Meydanda başverənlər orda qalır. Ançelotti həmişə mənə yardım etməyə hazırdı. Hər oyunda öyrənirəm. Mən daha yaxşı oynamaq, həmçinin komanda naminə fədakarlıq etmək istəyirəm. Hər kəsin mənlə mübahisə etmək istəyi mnədə kədər doğurur, onlar bilir ki, media dərhal bu haqda yazacaq. Yalnız oyuna, uğur qazanmağa köklənmək istəyirəm. Mən müqəddəs deyiləm. Bəzən hədsiz çox danışıram, yersiz driblinq edirəm, ancaq səhvimi düzəltmək istəyirəm. Ançelotti və komanda yoldaşlarım məni öyrədirlər”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

14-03-2023, 19:0

“Barselona” rekordlarla çempionluğa doğru gedir - REPORTAJ

Dünya futbolu

8-11-2023, 16:0

Madrid nəhəngləri büdrədi, “Jirona” yenə zirvəni ələ keçirdi - TURUN ŞƏRHİ

Dünya futbolu

3-05-2023, 20:0

İlk “4-lük” inamlı qələbə qazandı, “Valensiya” yenə təhlükəli zonadadı

Dünya futbolu

10-05-2023, 15:0

“Real” 100-cü, Ançelotti Madriddə 10-ci titulunu qazandı - XÜSUSİ FAKTLAR

Dünya futbolu

7-05-2023, 13:0

''Real'': son 20 finalda 18 qələbə!

Aktual
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
“Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Son xəbərlər
  • Bu gün, 22:04
    "Səbail" 4 legioner transfer etdi
  • Bu gün, 21:39
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 21:18
    Elvin Cəfərquliyevin durumu bəlli oldu
  • Bu gün, 20:58
    Rahil Məmmədov "Turan Tovuz"da
  • Bu gün, 20:29
    ''Fənər'' belçikalı ulduza yönəlib
  • Bu gün, 20:08
    Millimizdən iki qələbə
  • Bu gün, 19:40
    İtaliyadan Belçikaya üz tutdu
  • Bu gün, 19:05
    Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
  • Bu gün, 18:30
    Almaniyaya qayıtdı
  • Bu gün, 17:26
    Mançesterdən Milana üz tutacaq
  • Bu gün, 16:37
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 15:52
    Dortmundu tərk etməyə yaxındır
  • Bu gün, 15:07
    Klubuna sadiq qaldı
  • Bu gün, 14:30
    Məşhur fransalı Maltada oynayacaq
  • Bu gün, 14:11
    “Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
  • Bu gün, 13:43
    Nuriyevin komandası uduzdu
  • Bu gün, 13:20
    İspaniya klubunu tərk etdi
  • Bu gün, 12:50
    Fransaya qayıtmayacaq
  • Bu gün, 12:30
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 11:02
    “Avrokuboklara vəsiqə qazanmasaq, uğursuzluq sayılmamalıdı” – Cavid Hüseynov
  • Bu gün, 10:31
    “Malişevo” ilə müqavilə bağlamağa gəldiyim gün belə Azərbaycandan təkliflərim var idi” – Vüsal zədələnib...
  • Bu gün, 10:00
    "Nyukasl”ı o da tərk edə bilər
  • Dünən, 23:54
    Gözlənilən transfer rəsmiləşdi
  • Dünən, 23:30
    “Valensiya”nın tarixinə düşdü
  • Dünən, 22:57
    Amsterdamda qərar tutdu
  • Dünən, 22:27
    Gözlənilən transfer rəsmən açıqlandı
  • Dünən, 21:56
    “Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
  • Dünən, 21:26
    Uelbek İngiltərə iş yerini dəyişdi
  • Dünən, 20:52
    Turini tərk etdi
  • Dünən, 20:31
    Madriddən Londona yollandı
  • Dünən, 20:00
    "Şəmkir"də yeni vitse-prezident
  • Dünən, 19:49
    Tezliklə “Arsenal”a qoşulacaq
  • Dünən, 19:00
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 18:30
    Fransada klubunu dəyişəcək
  • Dünən, 17:59
    Diqqət, diqqət: “Qarabağ” 6 saatdı qol vurmur!
Daha çox
Oxunub: 189
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 125
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 98
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Oxunub: 97
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 95
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə