"Araz-Naxçıvan-2"dən qələbə

6.08.2023 11:19 216
Ölkə futbolu / Manşet
Əvəzedicilər liqasında mövsümə start verilib.

"Football-plus.az" xəbər verir ki, turun ilk matçında "Araz-Naxçıvan-2" "Turan Tovuz-2"ni qəbul edib. İlk hissədə hesabın açılmayıb. İkinci yarıda meydan sahibləri ardıcıl qollar vurub. 60-cı dəqiqədə Tuqay Əlizadə hesabı açıbsa, 62-ci dəqiqədə Bayraməli Qurbanov oyunda son nöqtəni qoyub - 2:0.

Qeyd edək ki, turun digər matçları bu gün və sabah keçiriləcək.