“Mançester Siti”dən unikal göstərici

15.01.2024 14:53 235
Dünya futbolu
İngiltərə çempionatının 21-ci turu “Mançester Siti” üçün uğurlu alınıb.

Ölkə çempionu səfərdə “Nyukasl”a 3:2 hesabı ilə qalib gəlib. MS bu rəqibinə ardıcıl 31 oyunda qol vurub. Bu, premyer-liqa tarixində ən uzun seriyadı.
“Siti” əzmkar qələbə ilə xalını 43-ə yüksəldərək 2-ci yerə çıxıb.

Premyer-liqanın lideri 45 xala malik olan “Liverpul”du.