Xerard Pike böyük futbola qayıdacağını bəyan edib. Amma onun yenidən yaşıl meydana çıxacağını düşünməyin.
"Football-plus.az" xəbər verir ki, “Barselona”nın sabiq futbolçusu böyük futbola məşqçi kimi qayıdacaq. 36 yaşlı Xerard karyerası ərzində yetirməsi olduğu bu klubun formasını 2008-22-ci illərdə geyib. İspaniya yığması ilə dünya və Avropa çempionatının, “Barselona” ilə 4 dəfə Çempionlar Liqasının, 9 dəfə La Liqanın, 3 dəfə UEFA Superkubokunun, 7 dəfə İspaniya kubokunun, 6 dəfə İspaniya Superkubokunun qalibi olub. Karyerasını 2022-ci ilin dekabrında başa vuran Pike ölkəsində əsasənı qoyduğu Medialiqanın rəhbəridi.
İspaniya çempionatının 2-ci divizionunda çıxış edən “Andorra” klubunun da sahibi olan dünya çempionu böyük futbola dönəcəyini bu cümlələrlə ifadə edib: