"Restoranlara, otellərə və premium marketlərə italyan pendiri satıram"

11.01.2024 21:37
Aktual / Ölkə futbolu
Birvaxtlar ölkənin istedadlı futbolçularından sayılan, “İnter”, “Zirə”, “Səbail” kimi elita klublarının formasını geyən, cari mövsümə isə “İrəvan”da başlayan, ancaq oktyabrdakı məlum qalmaqaldan sonra meydanda görünməyən Mirsahib Abbasov futbolçu karyerasını bitirmək ərəfəsindədi.

Onunla əlaqə saxladıqda məlum oldu ki:

“İtalyan pendirlərinin istehsalatı ilə məşğulam. Restoranlara, otellərə və premium marketlərə satış təşkil edirəm. Futbola nə vaxtsa qayıtmaq istəyərəm. Amma indi biznesə daha çox vaxt ayırmalıyam”.

ƏSƏD SEYİDOV