Belə görünür ki, Mahir Emreli karyerasını “Dinamo”da davam etdirə bilməyəcək.
Uzunmüddətli zədə öz yerində, Zaqreb klubu, ümumiyyətlə, azərbaycanlı hücumçu ilə işbirliyində maraqlı deyil. Amma xorvatlar Mahirə görə xərclədiyi pulu da artıqlamasıyla çıxarmaq istəyir. “Dinamo” onun üçün start qiyməti kimi 1 milyon avro müəyyənləşdirib. 2026-cı ilin yayına qədər bu kluba bağlı olan həmvətənimizin başqa kluba keçidi zədə üzündən ləngiyə bilər.
Bununla belə, Xorvatiya klubu istənilən halda onun satışından pul qazanmaq istəyir.