Rövnəq Abdullayevin yığma üzvləri ilə görüşündə nələr yaşanıb?

23.03.2023 14:54 579
Yığma / Manşet
AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Vaqif Sadıqov, İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov və baş katib Sərxan Hacıyev “Dalğa Arena”da milli komandanın üzvləri ilə görüşüb.

Vaqif Sadıqovdan görüş və düşərgədəki ab-hava haqda məlumat aldıq. Onun “Football-plus.az”a söylədikləri belə oldu:

“Bütün taleyüklü qarşılaşmalardan öncə AFFA rəhbərliyi olaraq milli komandamızın üzvləri ilə görüşürük. Bu görüş də ənənəvi xarakter daşıyırdı. Belə demək mümkünsə, ağsaqqal kimi futbolçulara xeyir-dua verdik.

Onların əhval-ruhiyyəsi yaxşıdı. Bizə uğurlu nəticə qazanmaq üçün əllərindən gələni edəcəklərini dedilər.
Startda qələbə qazanmaq digər oyunlar üçün motivasiya verir. İnşallah, meydandan qalib ayrılacağıq”.


KƏNAN BAHADIR

Rövnəq Abdullayevin yığma üzvləri ilə görüşündə nələr yaşanıb?