Ötən ilin son günlərində Özbəkistanı Səmərqənd şəhərində keçirilən rapid və blits üzrə dünya çempionatının şahmatçılarımız üçün uğursuz bitdiyini xəbər vermişdik.
1 milyon dollar mükafat fonduna malik yarışda 17 şahmatçı ilə təmsil olunurduq. Qadınlar arasında ən yaxşı nəticəni 9,5 xalla 32-ci yeri tutan Günay Məmmədzadə göstərdi. Onun “Football-plus.az”a söylədikləri:
“Bu fərqli şahmat növüdü və hər zaman hər kəsdə yaxşı alınmaya bilər. Daha çox işləməlisən, bəzən də şans yanında olmalıdı. Fikrimcə, nədənsə razı olmaq şahmatçının inkişafına mane olur. Həmişə daha yaxşı olmaq üçün çalışmalıyıq. Bunun üçün edilməli şeylər var. Hər idmançı daha yaxşı nəticə göstərmək üçün öz xüsusi yanaşmasını ortaya qoymalıdı. Səmərqənddə bizdə alınmadı”.
GÜNAY SÜLEYMANOVA