Şahmatçılarımız dünya çempionatını medalsız başa vurdu

30.12.2023 18:56 201
İdman
Şahmatçılarımız Özbəkistanın Səmərqənd şəhərində keçirilən rapid və blits üzrə dünya çempionatını medalsız başa vurub.

"Football-plus.az" xəbər verir ki, yarışda 324 şahmatçı mübarizə aparıb.

Kişilərin rapid üzrə turnirində təmsilçilərimizdən ən yaxşı nəticəni 8 xalla 39-cu olan Teymur Rəcəbov göstərib. Qadınların mübarizəsində Ülviyyə Fətəliyeva 7 xalla 20-ci yeri tutub.

Kişilərin blits üzrə yarışında Şəhriyar Məmmədyarov (13 xalla 22-ci), qadınlar arasında isə Günay Məmmədzadə (9,5 xalla 32-ci) ən yaxşı nəticəyə imza atıb.

Qeyd edək ki, 1 milyon dollar mükafat fondu olan dünya çempionatında Azərbaycanı 17 şahmatçı təmsil edib.