AFFA İcraiyyə Komitəsinin üzvləri milli komanda ilə görüşüblər

16.06.2023 12:06 269
Aktual / Ölkə futbolu
AFFA-nın İcraiyyə Komitəsinin (İK) üzvləri "Dalğa Arena"da milli komanda və məşqçilərlə görüşüblər.

"Football-plus.az" xəbər verir ki, toplantıda AFFA prezidenti Rövnəq Abdullayev də iştirak edib.

Onlar yığmaya Bakıda Estoniyaya qarşı keçiriləcək AÇ-2024-ün seçmə oyununda uğurlar arzulayıblar.

Bu gün, həmçinin eyni məkanda İcraiyyə Komitəsinin növbəti iclası da gerçəkləşəcək.

Qeyd edək ki, iyunun 17-də baş tutacaq Azərbaycan – Estoniya matçı saat 20.00-da start götürəcək.