“Sumqayıt” qış təlim-məşq toplanışını Türkiyədə keçəcək

19.12.2023 16:29 174
Premyer-liqa
“Sumqayıt” qış təlim-məşq toplanışını Türkiyədə keçəcək.

"Football-plus.az" xəbər verir ki, komanda 2024-cü il yanvarın 6-da Antalyaya yollanacaq.

Buna qədər, yanvarın 3-də Sumqayıtda toplaşacaq futbolçular üç gün doğma şəhərdə hazırlıq keçəcək.

Yanvarın 17-dək Lara bölgəsində yerləşən “Concorde Deluxe” hotelində məskunlaşacaq “gənclik şəhəri” təmsilçisi bu müddətdə 3 yoxlama matçında qüvvəsini sınayacaq. 8, 12 və 16 yanvar tarixlərində baş tutacaq görüşlərdəki rəqiblərin kimliyi hələ ki məlum deyil.