2023-cü ilin futbol dünyasında hansı hadisələrlə yadda qaldığını xatırlatmağın məqamıdı.
İl milli komanda səviyyəli nəhəng turnirlər baxımından kasad olsa da, vurğulanası məqamlar da yox deyildi. Əlbəttə, 365 gün ərzində sevindirici hadisələr yaşandığı kimi, məyusluq doğuran faktlar da qeydə alındı. İndi geri boylanaraq daha önəmli hadisələrə nəzər salacağıq. Beləliklə...
...qalmaqalı...
İspaniyanın qadınlardan ibarət yığması sentyabrda dünya çempionatının finalında İngiltərəyə qalib gələrək tarixində ilk dəfə çempion oldu. İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubiales mükafatlandırma mərasimi zamanı milli komandanın oyunçusu Cennifer Ermosonun dodağından öpdüyü üçün ölkə ictimaiyyətinin böyük təzyiqi ilə üzləşdi. Əvvəlcə bu hərəkətinə görə istefaya yollanmayacağını deyən funksioner bir neçə həftə vəzifəsini icra edə bilmədi və təzyiqlərə tab gətirməyib postunu tərk etdi.