Qadın voleybolçulardan ibarət millimizin üzvü Polina Rəhimovanın qəzetimizə açıqlamasında bir neçə ölkədən təklif aldığı xəbərini vermişdik.
Bununla bağlı "Football-plus.az"a informasiya daxil olub. Belə ki, 33 yaşlı hücumçuya Avropadan və Asiyadan, eləcə də Amerika qitəsindən olmaqla, ümumilikdə 5 ölkədən təklif var.
Qeyd edək ki, sonuncu dəfə Vyetnam təmsilçisi “Duk Qianq”da çıxış edən Polina Asiya təmsilçisi ilə gümüş medal qazanıb. O, həmçinin bu liqanın ən yaxşı hücumçusu seçilib.
CAVİD ƏLİYEV