Millimizin üzvü Vyetnam klubunda - ÖZƏL

10.09.2023 18:05 686
İdman / Manşet
Qadın voleybolçulardan ibarət millimizin üzvü Polina Rəhimovanın yeni klubu məlum olub.

"Football-plus.az" əldə etdiyi məlumata görə, 33 yaşlı hücumçu karyerasını Vyetnamda davam etdirəcək. O, adıçəkilən ölkənin  "Duk Qianq Tia Sanq" komandasına keçib. Bu xəbəri saytımıza açıqlamasında Polina Rəhimova özü də təsdiqlədi:
"Bəli, yeni mövsümdə Vyetnamın bu komandasında çıxış edəcəm".

Qeyd edək ki, Polinanın son klubu Türkiyə təmsilçisi "Kuzeyboru" olub.

CAVİD ƏLİYEV