"İlk dəfədi belə halla rastlaşırıq" - "Kəpəz"in rəsmisi

22.12.2023 13:50 198
Aktual / Premyer-liqa
"Kəpəz" - "Sumqayıt" oyununda jurnalistlərə təqdim olunan protokolda qonaqların heyətində kapitanın kimliyi göstərilməmişdi. "Kimyaçılar"ı isə meydana sarğı ilə Murad Xaçayev çıxarmışdı.

Bunun səbəbini aydınlaşdırmaq üçün "Sumqayıt"ın mətbuat katibi Zaur Xudiyevə müraciət etdik. "Biz zəruri biıdirişləri qarşı tərəfə vermişdik. Komandamızı da meydana kapitan kimi Murad Xaçayev çıxarmışdı. Protokolların çıxarılmasını "Kəpəz" tərəfi təmin etməlidi. Ona görə bu sualı onlara ünvünlasaz, yaxşı olar”. Məsələylə bağlı "Kəpəz"in sözçüsü Azad Mustafayevə də müraciət etdik:

"Texniki səbəbdən "Sumqayıt"ın kapitanı qeyd olunmayıb. İlk dəfədi belə halla rastlaşırıq. Gələn dəfə daha diqqətli olacağıq".

ABDULLA İSMAYILOĞLU