Məlum olduğu kimi Avropa Liqasının pley-offunda ''Qarabağ''ın ''Qalatasaray''la qarşılaşmaq ehtimalı var idi.
Amma püşk bizim komandamıza ''Braqa''nı, İstanbul nəhənginə isə Çexiya təmsilçisi ''Sparta''nı rəqib seçdi. Diqqəti dərhal bir məqam cəlb edir. Belə ki, bu mövsüm həm ''Qalatasaray''ın, həm də ''Sparta''nın ÇL-də mübarizəni dayandırmasına eyni kollektiv, yəni ''Kopenhagen'' səbəb olub! ''Cim-Bom'' məlum olduğu kimi qrup mərhələsinin son turunda səfərdə məhz ''Kopenhagen''ə uduzaraq 3-cü pillə ilə kifayətlənməli oldu. ''Sparta'' ilə Kopenhagen''in yolu isə bu mövsüm ÇL-in 3-cü təsnifat mərhələsində kəsişmişdi. Həmin vaxt Danimarkadakı oyun qolsuz, Praqadakı oyunun isə 120 dəqiqəsi 3:3 hesabı ilə yekunlaşmışdı. ''Kopenhagen'' penaltilər seriyasında qələbə qazanaraq ÇL-in qrupuna vəsiqə qazanmışdı. ''Sparta'' isə əvvəlcə AL-in təsnifatının pley-offunda Zaqreb ''Dinamo''sundan üstün oldu. Daha sonra ''Reyncers'', ''Betis'' və ''Aris''in yer aldığı qrupu ikinci pillədə tamamlayacaq ''Qalatasaray''a rəqib oldu. Onu da bildirək ki ''Qalatasaray'' ilə ''Sparta'' indiyə qədər 4 dəfə qarşılaşıb. Qələbə sayında praqalılar üstündü (2:1).
ƏLİ