"Kim olur-olsun oyunumuzdan əl çəkən deyilik"

15.12.2023 11:13 187
Aktual / Müsahibə
"Oyuna yaxşı hazırlaşmışdıq. Baş məşqçinin tapşırıqlarını yerinə yetirdik. Şükürlər olsun ki, Azərbaycan xalqını sevindirə bildik. Komandamla qürur duyuram".

"Football-plus.az" xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Toral Bayramov Avropa Liqasının 6-cı turunun "Hekken"lə görüşündən sonra jurnalistlərə açıqlamasında bildirib. O, jurnalistlərin suallarını cavablandırıb.

- Pley-offda rəqibinizin hansı komanda olmasını istəyərdin?
- Kim olur-olsun oyunumuzdan əl çəkən deyilik. Pley-off mərhələsində məqsəd həmin komandanı keçmək olacaq. Əlimizdən gələni edəcəyik ki, irəli gedək.

- Paltardəyişmə otağında nələr yaşandı, Qurban Qurbanov sizə nə dedi?
- Təbrik etdi. Tarixi uğurla bağlı hisslərini bizimlə bölüşdü, hamımızı öpdü, bağrına basdı. Komanda ilə qürur duyduğunu dedi.

- Xankəndidə tarixi oyun olacaq. Bu haqda düşüncələrin necədi?
- Bundan əvvəl "Neftçi" ilə oyunumuz var. Daha sonra Xankəndidəki matçı düşünəcəyik.