AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

15.12.2023 01:53 291
Manşet / Avropa Liqası
AFFA-nın prezidenti Rövnəq Abdullayev “Qarabağ”ı Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanması münasibət təbrik edib.

“Football-plus.az” xəbər verir ki, qurum rəsmisi klubun daha bir tarixi uğura imza atdığını bildirib:

"Ardıcıl 10 ildi ölkəmizi avrokuboklarda uğurla təmsil edən “Qarabağ” daha bir tarixi uğura imza atmaqla hamımızı sevindirdi. Təmsilçimiz Avropanın adlı-sanlı, köklü klublarını qabaqlamaqla ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edir. İnanıram ki, “Qarabağ”ın Avropanın ikinci nüfuzlu klub turnirinin pley-off mərhələsinə vəsiqə qazanması ölkə futbolunun gələcək inkişafına öz töhfəsini verəcək. “Qarabağ”ı Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanması münasibətilə futbolçularını, məşqçi və texniki heyətini, rəhbərliyini, azarkeşlərini, bu uğurda əməyi olan hər kəsi futbol ictimaiyyəti adından təbrik edirəm. Avropa Liqasının pley-off mərhələsində uğurlar arzulayıram".

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul