Polşa mətbuatında "Qarabağ"la bağlı narahatlıq

18.06.2022 13:08
Çempionlar Liqası
Polşa mətbuatında ölkə klublarının avrokuboklardakı şansları dəyərləndirilib.

"Football-plus.az" xəbər verir ki, "Lex"in Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”a rəqib olmasından bəhs edilib. “TVP Sport” nəşri Ağdam təmsilçisinin əvvəlki illərdə Polşa klublarını məğlub etməsi haqda məqalə hazırlayıb:

“Püşkatmada “Lex”in bəxti gətirmədi. Çünki səfərin əvvəlində onlar Azərbaycan çempionu ilə qarşılaşacaq. Söhbət Ağdamın “Qarabağ” klubundan gedir. Əvvəlki mövsümlərdə bu komanda “Legiya”, “Visla” və “Pyast”ı avrokuboklardan kənarlaşdırıb”.