• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Anatoli Banişevski adına stadion – KÖŞƏ

Manşet / Yazarlar

13-12-2023, 11:0

Mark Zukerberqdən ara-sıra razılıq etməyi özümə borc bilirəm. Mənim yazılarımı müntəzəm oxuyan dəyərli oxucularım da təsdiqləyə bilər. Onlar şahiddi ki, vaxtaşırı bu gözəl insanı xatırlayıb, ona təşəkkür edirəm. Çünki 1984-cü ildə dünyaya göz açan bu amerikalı oğlan bizə “feysbuk” adlı möcüzə bəxş edib. Onun sayəsində fikirlərimizi dostlarımızla açıq şəkildə paylaşmaq üçün platforma əldə etmişik. “Feysbuk”un bizə verdiyi üstünlüklər təkcə bununla məhdudlaşmır. Bu sosial şəbəkə həm də əla bir tarix kitabıdı. Həmin kitabın sayəsində keçmişə səyahət edirsən, hansısa ilin hansı günündə nə düşündüyünü, nə haqda yazdığını görə bilirsən.

Bu nostalgiya hissləri bəzən səni kövrəldir, bəzən də utandırır, yaxud da qürurlandırır. Hətta öz sadəlövhlüyünə heyran qalıb, avamlığına gülə də bilirsən. Öz-özünə təəccüblənirsən ki, ilahi, mən 3-4 il əvvəl nə üçün bu qədər sadəlövh olmuşam, hansısa məsələnin həllinə belə bəsit münasibət sərgiləmişəm. Nahaq deməyiblər ki, söz vaxtını çəkər. Elə iki gün əvvəl “feysbuk” yenə də məni keçmişə qaytardı. Gördüm ki, altı il əvvəl dahi Anatoli Banişevskinin anım günündə həmkarlarımdan biri onun adının Azərbaycandakı stadionlardan birinə verilməsi ilə bağlı məsələ qaldırıbmış. Bəli, Masallıdakı futbol meydanına Banişevskinin adının verilməsindən hamımız xəbərdarıq. Amma acı bir həqiqət var ki, bu gün Masallının təmsilçisi Azərbaycanın futbol xəritəsində özünə yer tutmayıb. Belədə Anatoli Banişevskinin adına olan stadionda da hansısa futbol qarşılaşması keçirilmir ki, fenomenal şəxsiyyətin də adı tez-tez xatırlansın, hörmətlə anılsın. Mən hələ Avropa səviyyəli oyunlardan, avrokuboklarda ölkəmizi təmsil edən klublarımızın rəqiblərini qəbul etdiyi stadionlardan danışmıram.

Onu deyirdim axı... 6 il əvvəl mən və həmkarlarım bu mövzuda qızğın müzakirələr aparıb, AFFA-ya təklif ünvanlayırmışıq ki, bəs paytaxt Bakıda olan stadionlardan birinə Anatoli Banişevskinin adını vermək lazımdı. Hissə qapılmışıq, bir xeyli odlu və alovlu təklif vermişik, hərə öz namizəd stadionunu təklif edib. Markın sayəsində həmin müzakirəni görəndən sonra xatırladım ki, bizim apardığımız müzakirələrin cavabını həmin vaxt AFFA-nın prezidenti Rövnəq Abdullayev “layiqincə” vermişdi. Demişdi ki, onlar stadionların ad hüququ üçün sponsor axtarırlar, kimsə irəli durub, AFFA-ya pul versin. Ondan sonra da həmin o pul verənin istəyi ilə stadionu adlandıracaqlar. AFFA-nın o vaxtkı və indiki prezidenti yarıciddi, yarı da zarafat əlavə etmişdi ki, kimin pulu varsa, irəli durub, stadiona lap öz atasının, yoxsa babasının adını verə bilər. Yəni ki, Molla Nəsrəddinin məşhur lətifəsində olduğu kimi - pulu verən tütəyi çalar.

Ötən 6 ildə həyatımızda bir çox şey dəyişsə də, AFFA-da hakimiyyət, həm də idarəçilik və futbola baxış dəyişməyib. İndi bəziləri iddia edir ki, ay həzərat, baş katib Elxan Məmmədov dönüb olub “FİFA Elxan”. Bununla da Azərbaycan futbolunun bütün problemlərinin həllini tapacağına inam yaratmağa çalışırlar. Deyirlər ki, AFFA-da hazırda “milli qüvvələr” söz sahibidi. Hətta o dərəcədə ki, Elxan Məmmədov “Zirə”nin stadionuna gələndə AFFA prezidenti Rövnəq Abdullayev, PFL-in prezidenti Elxan Səmədov və AFFA-nın baş katibi Sərxan Hacıyev onu öz aralarına buraxmayıblar. “FİFA Elxan” da məcbur qalıb “FİFA Fatma”nın bir yanında özünə yer eləyib, məsum-məsum Rövnəq Abdullayevin və onun başına yığışanların söhbətinə qulaq yoldaşı olmağa çalışıb. Di gəl ki, Zirə qəsəbəsindəki stadionun dolu tribunalarının hay-küyündən qulaq tutulub. Nəticədə də “FİFA Elxan” Rövnəq Abdullayevlə Sərxan Hacıyevin Elxan Səmədovla nə danışdığını eşidə bilməyib. Əsəbindən dodaqlarını çeynəyə-çeynəyə Bakıdakı lüks mənzillərindən birinə qayıtmalı olub.

Bütün bunların nə dərəcədə həqiqət olduğunu deyə bilmərəm. Necə ki, AFFA-dakı islahat həvəsinin, “milli qüvvələr”in söz sahibi olmasının və həmin qüvvələrin Azərbaycan futbolunun xeyrinə nəsə iş görməsinin həqiqət olduğuna inanmıram. Dəqiq bildiyim bir odu ki, Anatoli Banişevskinin adına bir düz-əməlli stadion verilməyib. Sağlıq olsun, bir altı il də keçər, bu söhbəti yenidən xəcalət çəkə-çəkə xatırlayarıq. Özünüzdən muğayət olun!

AMAL

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

16-12-2022, 20:0

Qurban Qurbanov: "Nə vaxtsa böyük bir kluba getsəm, "Qarabağ"ı daha üstün tutacam"

Aktual / Manşet

8-11-2022, 22:0

"Ölkəmiz üçün nə qədər tarixi, əhəmiyyətli, ciddi bir hadisənin iştirakçısı olduğumu dərk edirəm" - "CBC Sport"un əməkdaşı

Aktual
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
“Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
“Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
“Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
Son xəbərlər
  • Dünən, 23:53
    Luqanodan Muslera etirafı - ''Fənər''lilər hələ də məndən acıqlıdı''
  • Dünən, 23:22
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:52
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 22:21
    FİFA daha bir qadağaya əl atıb, digərini yumşaltdı
  • Dünən, 21:50
    "Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
  • Dünən, 21:09
    Premyer-liqada dəyərini ən çox artıran və ən çox itirən futbolçular kimlərdi?
  • Dünən, 20:36
    Kukurelya hara üz tutacaq?
  • Dünən, 20:15
    ''Beşiktaş''da həllini gözləyən əsas məsələ - Ərsin Destanoğlu hansı qərarı verəcək?
  • Dünən, 19:44
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:16
    Anomal istilik, güclü yağışlar, tornado, meşə yanğınları... - təbii fəlakətlər dünya çempionatına təhlükə yaradacaqmı?
  • Dünən, 18:40
    39 yaşında da klubuna gərək oldu
  • Dünən, 18:05
    ''Fənərbaxça''nın ilk toplanış tarixi və rəqibləri bəlli oldu
  • Dünən, 17:32
    “Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
  • Dünən, 17:03
    DÇ-də neçə qardaş cütü var?
  • Dünən, 16:50
    “Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
  • Dünən, 16:32
    31 yaşında yaşıl meydanı tərk etdi
  • Dünən, 16:01
    Tanınmış forvard Toral Bayramovla komanda yoldaşı ola bilər
  • Dünən, 15:40
    Konate ilə Dyumfrisin yolu Madriddə kəsişəcək
  • Dünən, 15:20
    Millimizin dünya çempionatı üçün səbəti müəyyənləşdi
  • Dünən, 15:02
    Bundestmdə böyük və qəfil itki - Karl da mundialı buraxacaq
  • Dünən, 14:40
    Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək
  • Dünən, 14:35
    “Turan Tovuz” Millerə görə hər gün 5 min dollar qazanacaq
  • Dünən, 14:29
    "Karvan-Yevlax" daha bir legionerlə vidalaşdı
  • Dünən, 14:20
    UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
  • Dünən, 14:07
    “Boka Xuniors” 1/8 finala çıxa bilmədi
  • Dünən, 13:42
    Baş məşqçi kimi debüt edəcək
  • Dünən, 13:07
    Arsen Ağcabəyov "Şəfa"da
  • Dünən, 12:36
    "Qəbələ" legioneri ilə yolları ayırdı
  • Dünən, 12:15
    Rusiya avrokuboklardan yenə kənarda qaldı
  • Dünən, 11:44
    "Qızlar həqiqətən möhtəşəm işlər görürlər" - Siyasət Əsgərov
  • Dünən, 11:23
    AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
  • Dünən, 10:52
    A seriyasında yeni təyinat
  • Dünən, 10:31
    “Sabah”ın yeni üzvü: Eyden Makkarti!
  • Dünən, 10:00
    İran yenə ABŞ-dən şikayətlənir
  • Dünən, 00:47
    "Bu qədər qol şansını qaçırmağımız bizi narahat edir" - Ayxan Abbasov
Daha çox
Oxunub: 727
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 422
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 254
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 196
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 188
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə