“İmarət” “Qarabağ” üçün nə hazırlayır?

11.12.2023 00:00 313
Ölkə kuboku / Manşet
Uzun illərdi ölkəmizi avrokuboklarda layiqincə təmsil edən "Qarabağ" dekabrın 14-də yeni tarix yazacaq.

Belə ki, Avropa Liqasının qrup mərhələsində “Həkken”lə qarşılacaq ağdamlılar qalib gələcəyi təqdirdə tarixində ilk dəfə bu yarışın pley-off mərhələsinə yüksələcək. Görəsən, “köhlən atlar”ın əsas azerkeş qrupu olan "İmarət" bu vacib görüşə necə hazırlaşır? Azarkeş qrupunun rəhbəri Elnur Quliyev suallarımızı cavabladı:

"Həmişə olduğu kimi, oyuna ciddi hazırlaşırıq. “İmarət”in biletlərini Heydər Əliyev adına Respublika sarayının kassalarından alırlar. Orda bizim üzvlərimiz var, onlar çalışırlar ki, bizim sektora daha çox gənclər qoşulsun.Başqa şəxslər də alanda çalışırlar ki, onlar almasın, digər sektorlara yönəldirlər".


GÜNAY SÜLEYMANOVA