FİFA Klublararası Dünya Çempionatının (KDÇ) rəsmi topunu təqdim edib.
"Football-plus.az" xəbər verir ki, top çəhrayı, narıncı, qara və ağ rəng tonlarındadı.
Builki KDÇ dekabrın 12-dən 22-dək Səudiyyə Ərəbistanında keçiriləcək. Turnirdə 7 komanda iştirak edəcək. İştirakçılar “Fluminense” (Cənubi Amerika), “Mançester Siti” (Avropa), “Urava Red Daymonds” (Asiya), “Leon” (Şimali Amerika), “Əl-Əhli” (Afrika), “Ouklend Siti” (Okeaniya) və “Əl İttihad”dı (Səudiyyə Ərəbistanı).
Yeri gəlmişkən, 2022-ci ildə KDÇ-nin qalibi finalda “Əl-Hilal”a (Səudiyyə Ərəbistan) 5:3 hesabı ilə qalib gələn “Real” olub.