"Football-plus.az" xəbər verir ki, məşhur italiyalı müdafiəçi tezliklə yaşıl meydanı tərk edəcəyinə işarə vurub.
İtaliya yığması ilə AÇ-2020-nin qalibi olan “Los Anceles”in oyunçusu karyerasını başa vurmağa hazırlaşır. 39 yaşlı müdafiəçi “Goal”a açıqlamasında MLS kubokunun finalından sonra bu qərarı verə biləcəyini deyib. Kyellini ABŞ klubunda 2022-ci ildən çıxış edir. O, 2005-22-ci illərdə sıralarında 9 dəfə İtaliya çempionu olduğu “Yuventus”da oynayıb:
“Kimə qulaq asmalı olduğumu anlamalıyam. Başımı, ürəyimi, ya da ayağımı dinləməliyəm. Onlardan çoxlu müxtəlif siqnallar alıram... Tezliklə sonuncu oyunuma çıxa bilərəm. Görək necə olur...”



