Mövsümü erkən başa vurdu

7.12.2023 23:50 166
Dünya futbolu
Joel Matip bu mövsümün qalan hissəsini buraxmalı olacaq.

"Football-plus.az" xəbər verir ki, “Liverpul”un futbolçusu ağır zədə alıb. Bu barədə komandanın baş məşqçisi Yürgen Klopp məlumat verib. Alman mütəxəssis premyer-liqanın 14-cü turunun “Fulhem”lə matçında zədələnən kamerunlu müdafiəçinin dizinin ön çarpaz bağının qırıldığını bildirib.

Matipin klubla müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq. O, bu mövsüm ümumilikdə 10 matçda meydana çıxıb.