Marsel Zabitser mövsümün qalan hissəsini buraxacaq.
"Football-plus.az" xəbər verir ki, bu barədə “Mançester Yunayted”in saytı məlumat yayıb.
Yarımmüdafiəçi dizindən aldığı zədə səbəbindən son oyunlarda iştirak edə bilməyəcək.
Qeyd edək ki, qışda “Bavariya”dan mövsümün sonuna kimi icarəyə götürülən 29 yaşlı futbolçu MY-də 18 oyuna çıxıb və 3 qol vurub.