“Formula-1” komandalarından “Uilyams” amerikalı pilot Loqan Sarcentlə müqavilə müddətini uzadıb.
22 yaşlı pilotla yeni müqavilə 2024-cü ilin sonuna qədər nəzərdə tutulub. O, yeni anlaşma ilə bağlı bunları deyib:
“2024 mövsümündə də “Uilyams”da işi davam etdirə biləcəyimə görə çox şadam. Komanda ilə birgə qeyri-adi yol keçmişik. Belə istedadlı və işinə sadiq komandada pilot kimi inkişafımı davam etdirmək imkanı qazandığıma görə minnətdaram. Gələcək üçün cəlbedici planlarımız var. Komandanın gələnilki uğurlarına töhfə vermək üçün səbirsizlənirəm”.
Amerikalı “Uilyams”ın heyətində dünya çempionatında məhz bu il debüt edib, 1 xalla 21-ci yeri tutub. Komanda isə Mühəndislər kubokunda 28 xalla yeddinci olub.