“Kəpəz”in futbolçusu Tural Rzayev ölkə çempionatının 3-cü turunda - “Turan Tovuz”la görüşdə komandasının heyətində yubiley - 100-cü oyununu keçirmişdi.
Gəncə klubunun rəhbərliyi bu münasibətlə premyer-liqanın 15-ci turunun "Sabah"la matçından öncə yubilyarı təbrik edib. Yarımmüdafiəçiyə rəmzi forma təqdim olunub. Bununla bağlı təcrübəli oyunçunun fikirlərini öyrəndik:
“Mənim üçün çox xoşdu ki, doğma şəhərimin komandasının heyətində elitada 100-dən artıq oyun keçirmişəm. Bütün uşaqlığım Gəncə şəhər stadionunda keçib. Hər oyuna gedirdim. Xəyal edirdim ki, nə vaxtsa bu formanı geyib mənə əziz arenada mübarizə aparacam. Allaha çox şükür ki,bunu mənə qismət etdi. İnşallah, bundan sonra “Kəpəz”in heyətində daha çox oyunda meydana çıxaram. Rəmzi hədiyyə üçün də əməyi keçən hər həsə təşəkkür edirəm".