Onlar özləri ilə qazandıqları ölkə kubokunu gətirmişdilər. “Gəncə”nin üzvləri və rəhbərliyi azarkeşlər qarşısında təbrik edildi, kapitan Amil Həmzəyevə "Kəpəz"in üzərində “Gəncə” yazılan “20” nömrəli forması təqdim olundu. Bu münasibətlə klubun direktoru Amin Həmzəyevin (Amil Həmzəyevin qardaşıdı – red.) fikirlərini öyrəndik:
"Gəncə" olaraq qazandığımız istənilən naliyyət tək bizim yox, bütün Gəncənin uğurudu. Bu vaxta qədər şəhərimizi kollektiv idman yarışlarında həmişə "Kəpəz" təmsil edib və uğurlar qazanıb. Adı çəkilən kluba bütün gəncəlilər kimi, bizim ürəyimizdə də xüsusi sevgi var. Çox xoş oldu, qürur duyduq ki, "Kəpəz" bizi ev oyununa dəvət etdi. Bu jestdən çox məmnunuq. İnşallah, bundan sonra da belə qarşılıqlı jestlərimiz olacaq".
ABDULLA İSMAYILOĞLU




