Millimiz Gürcüstana yollanır

4.12.2023 15:51 202
İdman
18 yaşadək kişi həndbolçulardan ibarət millimiz təlim-məşq toplanışı üçün bu gün Gürcüstana yollanacaq.

"Football-plus.az" xəbər verir ki, məqsəd növbəti Avropa çempionatına hazırlaşmaqdır.

Bir neçə gündü Bakıda fiziki və texniki-taktiki plan üzrə məşqlərdə iştirak edən U-18 hazırlığın ikinci mərhələsini Gürcüstanda keçəcək. Milli dekabrın 12-dək Tbilisidə baş tutacaq toplanış zamanı 4 yoxlama görüşündə qüvvəsini sınayacaq. Komanda Gürcüstanın U-18 və U-16 millilərinin hərəsi ilə iki dəfə üz-üzə gələcək.

Qeyd edək ki, U-18-lər arasında Avropa çempionatı 2024-cü ilin avqustunda keçiriləcək.