• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Orxan komandanı pis durumda qoydu" - Azər Bağırov

Premyer-liqa / Manşet

2-12-2023, 18:0

"Gərgin oyun keçdi. İki hissədə də dominant oynamağa çalışdıq. Qol epizodlarını reallaşdırmayanda, belə toplar buraxırsan. Acı da olsa, qələbəni əldən verdik. İrəliyə baxmaq lazımdı".

"Football-plus.az" xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov Misli premyer-liqasının 14-cü turunun "Səbail"lə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb:

- Dominant futbol və xeyli qol epizodlarına görə futbolçulara təbrik düşür, yoxsa sondakı diqqətsizliyə görə, əksinə?
- Müdafiədə bu gün çox yaxşı oynadıq. Əksinə, mən hücumun üstünə düşməliyəm ki, daha çox epizodlar yaradırıq, amma yararlana bilmirik. Özüm də müdafiəçi oynamışam. Bu gün müdafiədə böyük səhvlər görmədim. Buraxdığımız kimi bəxtsiz qollar da futbolda olur. Ötən oyunda "Neftçi"yə sonuncu dəqiqədə qol vurduq, bu gün sonuncu dəqiqədə qol buraxdıq. Bu halı həzm etməliyik. Amma qol vurmaq üzərində çox işləməliyik. Bəlkə də, çempionatın digər oyunlarında bu qədər qol epizodlarımız olmamışdı. Yanılmıramsa, rahat 6-7 qol epizodumuz oldu ki, yararlana bilmədik.

- Son iki oyunda avrokuboklara oynayan rəqiblərdən xal almısız...
- Biz o barədə fikirləşmirik. Hər oyuna köklənirik. Futbolçularım "Neftçi"yə qarşı çox yaxşı səviyyədə oynadı. Hətta avrokuboklar uğrunda oynayan komandalardan pis deyildilər. Axsayan yerlərimiz var. Qışda da transferlər reallaşdırmağa çalışacağıq. Tapa bilməsək, yolumuza davam edəcəyik.

- Axsayan mövqe deyəndə, haranı nəzərdə tutursuz?
- Orta xətt, 8 və 10 nömrə mövqeyi, hansı ki, daha çox hücumçuları topla təmin etsin. Bu cür futbolçu axtaracağıq. İstəyərdik ki, bu, yerli futbolçu olsun. Ki, rotasiya edə bilək. Amma olmasa, nə edək? Bu gün heç kim yaxşı yerli futbolçusunu bizə verməz.

- Sizə elə gəlmir ki, Orxan Əliyev daha çətin vəziyyətlərdə qol vurur, nəinki asan epizodlarda...
- Orxanın öz aləmi var. O epizodları qaçırmamalıydı, amma qaçırdı. Əlbəttə ki, komandanı pis durumda qoydu. Ancaq keçən oyunda da onun qolu sayəsində bir xal qazandıq. Bu mənada, futbolçunun üstünə çox getmək, onu silkələmək də bizlik deyil. Sadəcə bu gün nə lazımdısa, onu futbolçudan tələb edirik və istəyirik ki, maksimumu ortaya qoysun. Orxan bu gün onu edə bilmirsə, sabah edəcək.

- İlk dövrədə də rəqibdən üstün olsaz da, istədiyiniz nəticəni qazana bilməmişdiniz, bu gün isə bərabərlik qeydə alındı. Sizcə, iki oyunda da çatışmayan nə oldu?
- Birinci oyunda da bizim ilk yarıda 3-4 real qol epizodumuz var idi. Orxan Əliyevin, Abdulla Rzayevin qol imkanları yaranmışdı. Onları yenə reallaşdıra bilmədik. Bu gün əlimizdə olan material budusa, səhvi kiminsə üzərində axtarmalı deyiləm. Sadəcə əlimizdə olan materialın bacarığını yaxşılaşdırmalıyıq, vəssalam. Biri var insanın maksimumu. Amma futbolçunu daha yaxşı səviyyəyə gətirmək olar. Məncə, bu gün çox yaxşı oynadıq, ancaq iki xalı itirdik.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

10-11-2023, 23:0

"Qarabağ"la matçdan sonra istədiyimiz oyunu tapa bilmirik" - Azər Bağırov

Premyer-liqa / Manşet

1-10-2022, 20:0

"Bu oyun bizim üçün yaxşı dərs olmalıdı" - Regekampf

Premyer-liqa / Manşet

3-09-2023, 20:0

"Hər şeyə rəğmən mövsüm yeni başlayıb" - Azər Məmmədov

Premyer-liqa / Manşet

3-09-2023, 19:0

"Bu, bizim üçün siqnal olmalıdı" - Azər Bağırov

Ölkə kuboku

30-11-2023, 11:0

“Neftçi” ilə oyundan sonra bərpa üçün kifayət qədər vaxtımız olmadı"

Premyer-liqa

10-09-2022, 23:0

"Uduzsaq da, maraqlı alındı" - Mahmud Qurbanov

Aktual
“Qarabağ” yoxlama oyunu keçirəcək?
“Dinamo”da kimlər var?
“Sabah” Maludanın mövqeyini onu da gətirdi!
“Sabah” “İberiya”ya vermişdi, amma “Veres”də oynayacaq
PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
“Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
Son xəbərlər
  • Bu gün, 12:14
    "İmişli" Ronaldo ilə vidalaşdı
  • Bu gün, 11:46
    "Xankəndi"dən növbəti transfer
  • Bu gün, 11:25
    “Zirə”: nə oldu birdən-birə? - nə baş məşqçi səhvlərini etiraf etdi, nə də futbolçular...
  • Bu gün, 11:07
    Qurban Qurbanovun mətbuat konfransı Bakıda olacaq
  • Bu gün, 10:52
    "Neftçi" "Sumqayıt"la oyun üçün hazırlığa başladı
  • Bu gün, 10:30
    Nərimanın Türkiyə klubu ilə müqaviləsinin detalları
  • Bu gün, 10:09
    Nəriman "Ərzurumspor"da çıxış edəcək - RƏSMİ
  • Bu gün, 10:00
    Salibanı kim əvəz edəcək?
  • Dünən, 23:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 23:23
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 22:50
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 22:10
    “Qarabağ” yoxlama oyunu keçirəcək?
  • Dünən, 21:41
    "İmişli" "Sumqayıt"ı darmadağın etdi
  • Dünən, 21:10
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 20:40
    Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Dünən, 20:00
    Ramilin yeni klubu açıqlandı
  • Dünən, 19:31
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:00
    "Turan Tovuz"dan böyükhesablı qələbə
  • Dünən, 18:26
    Birmingemdən Londona yollandı
  • Dünən, 17:55
    "Sumqayıt" hücumçu transfer etdi
  • Dünən, 17:25
    "Zirə" Konate ilə vidalaşdı
  • Dünən, 16:54
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:23
    "Qarabağ"ın potensial rəqibi məlum oldu
  • Dünən, 15:57
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 15:26
    "Sabah" "Orhus"a uduzsa, "Benfika" ilə qarşılaşa bilər
  • Dünən, 15:00
    Millimizin rəqibləri məlum oldu
  • Dünən, 14:41
    “Dinamo”da kimlər var?
  • Dünən, 14:10
    "Sabah"ın potensial rəqibi bilindi - ÇL
  • Dünən, 13:37
    “Sabah” Maludanın mövqeyini onu da gətirdi!
  • Dünən, 13:16
    "Sabah"ı Avropa Liqasında kimlər gözləyir? - "Benfika", "Beşiktaş", ÇSKA...
  • Dünən, 12:57
    Ölkəmizi Avropa Kubokunda təmsil edəcək cüdoçular - SİYAHI
  • Dünən, 12:35
    Pakistan millisinin kapitanı "Qarabağ"da - RƏSMİ
  • Dünən, 12:10
    Ehtiram Quliyev Bakıda Əziz Yıldırımla görüşdü
  • Dünən, 11:45
    "Qarabağ"ın potensial rəqibləri azaldı
  • Dünən, 11:15
    "Sabah"ın potensial rəqibi bəlli olur
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 220
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 178
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 163
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 120
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə