"Neftçi" - "Araz-Naxçıvan" matçında "ağ-qaralar"ın vingeri Rəhman Hacıyev Bakı təmsilçisinin heyətində 200-cü matçına çıxdı. O, yubileylə bağlı bunları dedi:
"Bakı"nın yetirməsi olsam da, 2014-ci ildən "Neftçi"dəyəm. Bura yalnız klubum yox, doğma evim kimidi. "Neftçi"ylə bağlı xoş xatirələrim olub. "Ağ-qaralar"sa heyətində avrokuboklarda oynamışam, yığmanın baş məşqçilərinin diqqətini cəlb etmişəm. Qısası, 9 il öncə "Neftçi"yə gəlişimə, hələ də onun üzvü olmağıma görə çox xoşbəxtəm. Bundan sonra da doğma komandamın uğurları üçün əlimdən gələni edəcəm".
Xatırladaq ki, Rəhman 2014-20-ci illərdə və 2022-cü ildən indiyədək “Neftçi”nin heyətində 200 oyun keçirib, 22 qol vurub. Premyer-liqada 157 (17 qol), ölkə kubokunda 23 (2 qol), avrokuboklarda isə 20 (3 qol) dəfə ağ-qara forma geyib.
ABDULLA İSMAYILOĞLU