“Azərreyl” “Murov Az Terminal”ı məğlub etdi

29.11.2023 17:51 211
İdman
Qadın voleybolçular arasında ölkə çempionatında 3-cü turun oyunlarına start verilib.

"Football-plus.az" xəbər verir ki, bu gün Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan görüşdə “Azərreyl” və “Murov Az Terminal” komandaları üz-üzə gəliblər.

Qarşılaşma birincilərin 3:0 (25:13, 25:21, 26:24) hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, hərəyə 6 xalı olan komandalar turnir cədvəlində 2-3-cü pillələri bölüşdürür.