“Murov”la və “Azərreyl” mövsümə qələbə ilə başladı

17.11.2023 10:31 202
İdman
Voleybol üzrə kişilər arasında ölkə çempionatında 2023/24 mövsümü start götürüb.

"Football-plus.az" xəbər verir ki, Yüksək Liqanın ilk oyununda ötən mövsümün bürünc medalçısı “Neftçi” və son çempion “Murov Az Terminal” üz-üzə gəlib.

Maraqlı mübarizədə keçən bu görüşdə “Murov Az Terminal” rəqibini 3:1 (25:20, 21:25, 31:29, 25:17) hesabı ilə məğlub edib və ölkə birinciliyində ilk xallarını qazanıb.

Günün digər qarşılaşması “Azərreyl” və MOİK arasında baş tutub. Rəqibindən daha üstün oyun nümayiş etdirən “Azərreyl” meydandan quru hesablı (3:0) qələbə ilə ayrılıb.

Yüksək Liqa
l tur
16 noyabr
“Neftçi” – “Murov Az Terminal” 1:3 (20:25, 25:21, 29:31, 17:25)
“Azərreyl” – MOİK 3:0 (25:15, 25:15, 25:16)